Azərbaycan Tibb Universitetinin Tədris Cərrahiyyə Klinikasında 3 yaşlı pasiyent qastroezofageal reflüks, yemək borusu dəliyinin yırtığına görə laparoskopik əməliyyat olunub.
Mediainfo.az-ın verdiyi xəbərə görə, Klinikanın baş həkimi Ramiz Poluxovun sözlərinə görə, uşaq ağır vəziyyətdə yemək borusunun qanaxması ilə klinikaya gətirilib. Müayinələrdən sonra təcili olaraq konservativ müdaxiləyə başlanmış və qanaxma konservativ dayandırılıb.
Uşağa uzun müddətdir ki, müxtəlif klinikalarda qastroezofageal reflüks xəstəliyinə görə müalicələr aparılmasına baxmayaraq vəziyyətində yaxşılaşma olmamış, qusmalar, gecə saatlarında ağız suyu ifrazı, uşaq daimi olaraq anemiyadan əziyyət çəkib. Endoskopik müayinədə yemək borusunda dərin eroziyaların olması və poliplərin formalaşması aşkar olunub ki, bu da aparılan konservativ müalicələrə baxmayaraq davamlı reflüks nəticəsində mədə şirəsinin yemək borusunu zədələnməsini göstərir. Belə xəstələr vaxtında əməliyyat olunmasa yemək borusunun çapıqlaşaraq daralmasına və ya şişqabağı proses olan metoplaziyaya səbəb olur. Bu səbəbdən belə xəstələrin vaxtında əməliyyat olunması uşağın gələcək proqnozu baxımdan çox önəmlidir.
Klinikanın mütəxəssisləri tərəfindən laporoskopik üsulla yemək borusu dəliyinin yırtığının ləğvi, fundoplikasiya əməliyyatı icra olunub. Əməliyyat 45 dəqiqə ərzində yekunlaşıb. Hazırda uşaq özünü yaxşı hiss edir.
Astarada kişi evində faciəvi şəkildə öldü
“Onları İrana göndərmək lazımdır” - Xalq artisti
Qaradağda əsgərləri daşıyan avtobus aşdı
Milli təhlükəsizliyin qorunmasına rəhbərlik etmiş şəxs dövlət sirlərini ticarət obyektinə çevirib
U-21 millimizdən tarixi nəticə
Prezident İlham Əliyevin müdrik siyasəti illərlə blokadada qalmış Naxçıvanı nəqliyyat qovşağına çevirir
Bu gün Beynəlxalq Müəllimlər Günüdür
Kanada AB-nin assosiativ üzvü olmaq İstəyir


























.jpg)
.jpg)










.jpg)
















