Tanınmış muğam ifaçısı dünyasını dəyişdi

Tanınmış muğam ifaçısı dünyasını dəyişdi

Tanınmış xanəndə Camal Dadaşov vəfat edib.

Yaxınlarının Kult.az-a verdiyi məlumata görə, tanınmış xanəndənin heç bir xəstəliyi olmayıb. Gecə ailəsi, doğmaları ilə birgə olub. Yatmaq üçün otağına keçərkən qəfil yıxılıb və dünyasını dəyişib.

Qeyd edək ki, Camal Dadaşov 1950-ci ildə Şamaxı rayonunun Şıxzərli kəndində anadan olub. Asəf Zeynallı adına Musiqi Məktəbini bitirib, uzun illər Qobustan rayon Musiqi Məktəbində muğam dərsi keçib. Bir çox gənc xanəndənin, o cümlədən Muğam Müsabiqəsi-2007-nin laureatı Abgül Mirzəliyevin ustadıdır.

C.Dadaşovun oğlu, tanınmış qarmon ifaçısı Nazim Dadaşov 2016-cı il 19 iyulda ağır qəza nəticəsində dünyasını dəyişmişdi.

Allah rəhmət eləsin!

Çox oxunan xəbərlər
Son xəbərlər

2026.10.25

2026.10.24

2026.10.23

Bakıda binada uçqun oldu Bakıda binada uçqun oldu 23 Oktyabr 12:23

2026.10.22

2026.10.21

2026.10.20

Saytda yerləşdirilmiş materiallardan istifadə edərkən istinad mənbəyinin göstərilməsi zəruridir.
Ünvan: Bakı səh., Yasamal r-nu 529-cu məhəllə, AZ 1073 VÖEN 1000204751
Tel.: 012 510 59 89; 012 510 59 99; 077 767 06 66
E-mail: [email protected]
2009-2026 © Azerbaycanpolisi.az