Sabah respublikamızın ərazisində havanın dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir.
Mediainfo.az-ın Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinə istinadən məlumatına görə:
Bakıda və Abşeron yarımadasında
Martın 01-də havanın dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Lakin gecə və səhər bəzi yerlərdə duman, çiskin olacaq. Şimal-qərb küləyi gündüz mülayim cənub-qərb küləyi ilə əvəz olunacaq.
Havanın temperaturu Abşeron yarımadasında gecə 3-5, gündüz 9-13, Bakıda gecə 3-5, gündüz 11-13 dərəcə isti təşkil edəcək.
Atmosfer təzyiqi normadan aşağı 750 mm civə sütunu, nisbi rütubət gecə 75-85, gündüz 55-65 faiz təşkil edəcək.
Azərbaycanın rayonlarında
Martın 01-də hava əsasən yağmursuz keçəcək. Lakin gecə və səhər bəzi yerlərdə yağış yağacağı gözlənilir. Dağlıq ərazilərdə qar yağacağı ehtimalı var. Gecə və səhər bəzi yerlərdə duman olacaq. Qərb küləyi arabir güclənəcək.
Havanın temperaturu gecə 0-5, gündüz 9-14 dərəcə isti, dağlarda gecə 0-5 dərəcə şaxta, gündüz 4-9 dərəcə isti təşkil edəcək.
Ana pilləkəndən yıxıldı, qucağındakı körpə öldü
DİN vətəndaşlara xəbərdarlıq etdi
Uzunömürlülərin qanında xərçəng hüceyrələrini məhv edən nadir immun hüceyrələri aşkarlanıb
İlanı öldürdü, bir müddət sonra özü həyatını itirdi
İtaliyada oğluna 3 gün toy etdi, 6 milyon xərclədi - Foto
Qorxunc plan: Əhali sayı sürətlə azaldılmalıdır...
“Allahın verdiyi burnu kəsdirənlər mənə söz deyir“
İsrail Amerikanın F-35 qırıcısının analoqunu yaratmağı planlaşdırır























































