Raidə Məmmədova 2014-cü ildə Bakı Mühəndislik Universitetinin Kompüter mühəndisliyi ixtisasına qəbul olub.
Mediainfo.az-ın verdiyi xəbərə görə, o, hal-hazırda BMU-nun Kompüter mühəndisliyi ixtisasının son kurs tələbəsidir. Dövlət İmtahan Mərkəzi tərəfindən ali təhsil müəssisələri və AMEA-nın magistratura səviyyəsinə fevralın 24-də keçirilən qəbul imtahanının birinci mərhələsində iştirak edən Raidə Məmmədova imtahanın nəticəsinə görə rus bölməsi üzrə 90 bal toplayaraq ən yüksək nəticə göstərib.
Raidə Məmmədova bildirib ki, imtahandan çıxandan sonra nəticəmin yüksək olacağına inanırdım.Açığı 100 bal yığacağımı düşünürdüm. Çünki suallar normal səviyyədə idi və imtahandan sonra müəllimlərimlə imtahanı müzakirə edəndə bu qənaətə gəlmişdim. Yüksək bal yığmağımda təhsil aldığım universitetin rolu danılmazdır. Hətta mən universitetə qəbul olanda kimya ixtisasını istəyirdim, amma Kompüter mühəndisliyi ixtisasına qəbul oldum. Bu da mənim uğurlarımın başlanğıcı oldu.
Qeyd edək ki,Raidə Məmmədova1996–cı ildə Bakı şəhərində anadan olub. Səbail rayonu 219 nomrəli l məktəbinin məzunudur.
Ana pilləkəndən yıxıldı, qucağındakı körpə öldü
DİN vətəndaşlara xəbərdarlıq etdi
Uzunömürlülərin qanında xərçəng hüceyrələrini məhv edən nadir immun hüceyrələri aşkarlanıb
İlanı öldürdü, bir müddət sonra özü həyatını itirdi
İtaliyada oğluna 3 gün toy etdi, 6 milyon xərclədi - Foto
Qorxunc plan: Əhali sayı sürətlə azaldılmalıdır...
“Allahın verdiyi burnu kəsdirənlər mənə söz deyir“
İsrail Amerikanın F-35 qırıcısının analoqunu yaratmağı planlaşdırır























































