Sabah Azərbaycan ərazisində havanın dəyişkən buludlu olacağı, arabir tutulacağı, gecə və səhər bəzi yerlərdə zəif duman olacağı gözlənilir.
Mediainfo.az-ın Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinə istinadən məlumatına görə:
Bakıda və Abşeron yarımadasında
Fevralın 26-da havanın dəyişkən buludlu olacağı, arabir tutulacağı, gecə və səhər bəzi yerlərdə zəif duman olacağı, çiskinli yağışın isə səhər kəsiləcəyi gözlənilir. Cənub-qərb küləyi gündüz arabir güclənəcək, axşam şimal-qərb küləyi ilə əvəz olunacaq.
Havanın temperaturu Abşeron yarımadasında gecə 3-6, gündüz 10-13, Bakıda gecə 3-5, gündüz 9-11 dərəcə isti təşkil edəcək.
Atmosfer təzyiqi normadan yüksək 765 mm civə sütunundan 755 mm civə sütununa enəcək. Nisbi rütubət gecə 70-80, gündüz 50-55 faiz olacaq.
Azərbaycanın rayonlarında
Fevralın 26-da hava əsasən yağmursuz keçəcək. Lakin axşam bəzi cənub və qərb rayonlarında yağış, dağlıq ərazilərdə qar yağacağı gözlənilir. Gecə və səhər ayrı-ayrı yerlərdə duman olacaq. Qərb küləyi bəzi yerlərdə arabir güclənəcək.
Havanın temperaturu gecə 1-6, gündüz 10-15 dərəcə isti, dağlarda gecə 2 dərəcə şaxtadan 3 dərəcəyədək isti, gündüz 5-8 dərəcə isti təşkil edəcək.
Ana pilləkəndən yıxıldı, qucağındakı körpə öldü
DİN vətəndaşlara xəbərdarlıq etdi
Uzunömürlülərin qanında xərçəng hüceyrələrini məhv edən nadir immun hüceyrələri aşkarlanıb
İlanı öldürdü, bir müddət sonra özü həyatını itirdi
İtaliyada oğluna 3 gün toy etdi, 6 milyon xərclədi - Foto
Qorxunc plan: Əhali sayı sürətlə azaldılmalıdır...
“Allahın verdiyi burnu kəsdirənlər mənə söz deyir“
İsrail Amerikanın F-35 qırıcısının analoqunu yaratmağı planlaşdırır























































