Fevralın 25-də Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Tarix İnstitutunda Xocalı soyqırımı ilə bağlı elmi konfrans keçirilib.
Mediainfo.az-a İnstitutdan verilən məlumata görə, konfrans Prezident Administrasiyasının rəhbəri Ramiz Mehdiyevin sərəncamı ilə təsdiq olunmuş "Xocalı soyqırımının iyirmi yeddinci ildönümünün keçirilməsinə dair tədbirlər planı"na əsasən təşkil edilib.

Tədbir Tarix İnstitutunun Gənc Alim və Mütəxəssislər Şurası və Qadınlar Şurasının birgə təşkilatçılığı ilə reallaşıb.
İnstitutun direktoru, Milli Məclisin deputatı, akademik Yaqub Mahmudov bildirib ki, 20 Yanvar faciəsi və Xocalı soyqırımı 1918-ci il mart soyqırımının davamıdır: "BMT Təhlükəsizlik Şurasının 4 qətnaməsinə baxmayaraq, Ermənistan Azərbaycan torpaqlarını hələ də işğal altında saxlamaqda davam edir. Tarixi Azərbaycan torpaqları olan indiki Ermənistan ərazisində və ölkəmizin işğal olunmuş Qarabağ torpaqlarında tarixi abidələr məhv edilir və tarix saxtalaşdırılır".

Tarix İnstitutunun elmi işlər üzrə direktor müavini, dosent Cəbi Bəhramov qeyd edib ki, Prezident İlham Əliyevin təşəbbüsü və himayəsi altında institut 5 beynəlxalq soyqırımı konfransı keçirib: "İnstitutda Azərbaycan xalqına qarşı soyqırımları tarixini araşdıran ayrıca şöbə fəaliyyət göstərir. Biz Bakıda, Şamaxı və Quba qəzalarında, Qarabağda, Zəngəzurda, İrəvan quberniyasında, Naxçıvanda, Şərqi Anadoluda və Urmiya bölgəsində erməni-daşnak quldurlarının törətdiyi soyqırımlarıyla bağlı ayrı-ayrılıqda monoqrafiyalar çap etdirmişik".

AMEA-nın Qadınlar Şurasının sədri, professor Rəna Mirzəzadə bildirib ki, Xocalı faciəsi Azərbaycanın 200 illik qanlı tarixinin son soyqırımıdır.
Tarixçi alimlər Vaqif Abışov, Raisə Cəfərova və Rəşad Mustafa qeyd ediblər ki, Tarix İnstitutu erməni təcavüzkarlarının işğalçılıq siyasətinə qarşı müxtəlif dillərdə "Qarabağ: real tarix, faktlar, sənədlər", "İrəvan xanlığı: Erməni vandallarının yox etdiyi İrəvan məscidləri", "İrəvan xanlığı: Erməni vandallarının yox etdiyi Xan sarayı" və digər kitabları çap etdirib.

Gənc tədqiqatçılar Ramin Quliyev, Lamiə Sultanova, Günay Nəciyeva və Nərmin Xanməmmədova öz məruzələrində bildiriblər ki, XX əsrdə azərbaycanlılar 4 dəfə – 1905-1906-cı, 1918-1920-ci, 1948-1953-cü və 1988-1993-cü illərdə kütləvi qırğınlar, soyqırımları və etnik təmizləmələrə məruz qalıb.
Astarada kişi evində faciəvi şəkildə öldü
“Onları İrana göndərmək lazımdır” - Xalq artisti
Qaradağda əsgərləri daşıyan avtobus aşdı
Milli təhlükəsizliyin qorunmasına rəhbərlik etmiş şəxs dövlət sirlərini ticarət obyektinə çevirib
U-21 millimizdən tarixi nəticə
Prezident İlham Əliyevin müdrik siyasəti illərlə blokadada qalmış Naxçıvanı nəqliyyat qovşağına çevirir
Bu gün Beynəlxalq Müəllimlər Günüdür
Kanada AB-nin assosiativ üzvü olmaq İstəyir


























.jpg)
.jpg)










.jpg)
















