Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyeva İranın paytaxtı Tehranda keçirilmiş karate üzrə beynəlxalq turnirin qalibi Zəhra Salmanlını təbrik edib, ona yarışlar zamanı uğurlu çıxışlarına və göstərdiyi vətənpərvərliyə görə hədiyyə göndərib.
Heydər Əliyev Fondunun nümayəndələri bu gün Zəhra Salmanlıya kompüter və Fondun müxtəlif nəşrlərini təqdim edib.
Qeyd edək ki, 5-ci sinif şagirdi Zəhrə Salmanlı turnirin keçirildiyi zalda Azərbaycan bayrağının Ermənistan bayrağının altında asılmasına etirazını bildirib və təşkilatçılara bayrağın yerinin dəyişdirilməyəcəyi təqdirdə, yarışda iştirak etməyəcəyini deyib. Zəhranın tələbindən sonra Azərbaycan bayrağının yeri dəyişdirilib. (mətbuat.az)
Maştağada 62 yaşlı kişini cərəyan vurub öldürdü
Azərbaycanlı qadın qayınatasını döyərək öldürüb?
Bakıda gənc motosikletçi yol qəzasında ölüb
Xaçmazda 70 yaşlı kişi eşşək dişlədikdən sonra ölüb
Qaydanı pozan “Gelandevagen”in sürücüsü saxlanıldı
Bakıda ata və 13 yaşlı oğlu dəm qazından ölüb
Milli Parkın ərazisində narkoplantasiya salan şəxs ələ keçdi
Azərbaycanlıların olduğu gəmilər vuruldu: ölənlər var




















































