Türkiyədə yaşayan ahıl bir İngilis İslamı qəbul edib.
72 yaşlı Kliff Peter Barber 14 il Türkiyənin Muğla əyalətində yaşayıb. Bu illər ərzində ingilis İslam həyat tərzi ilə tanış olub və ruhuyla müsəlman ənənələrinə bağlanıb. Barber bu yaxınlarda Fethiye şəhər məscidində kəlmeyi-şəhadəti oxuyub və özü üçün yeni bir ad seçib - Cəmil. İngilis müsəlman jurnalistlərə "Peyğəmbər və İslam haqqında çox oxuduqdan sonra bu dinə aşiq oldum" söyləyib. Fethiye müftisi yeni müsəlmana müqəddəs Quran və digər dini ədəbiyyat nüsxələrini bağışlayıb.

Xatırladaq ki, ötən ilin noyabrında 10 ildən bəri Bodrumda yaşayan 72 yaşlı İngiltərə vətəndaşı Terens Kinkeyd də müsəlmanlığı qəbul edərək özünə Harun adını seçib.

P.S. İngilislər də İslama aşiq olur, bizlər isə hələ də dinimizə şübhə ilə yanaşır, qızlarımızın hicab bağlamasını, uşaqlarımızın məscidə getməsini təhlükə hesab edirik.
Sultan Laçın
Moderator.az
Ana pilləkəndən yıxıldı, qucağındakı körpə öldü
DİN vətəndaşlara xəbərdarlıq etdi
Uzunömürlülərin qanında xərçəng hüceyrələrini məhv edən nadir immun hüceyrələri aşkarlanıb
İlanı öldürdü, bir müddət sonra özü həyatını itirdi
İtaliyada oğluna 3 gün toy etdi, 6 milyon xərclədi - Foto
Qorxunc plan: Əhali sayı sürətlə azaldılmalıdır...
“Allahın verdiyi burnu kəsdirənlər mənə söz deyir“
İsrail Amerikanın F-35 qırıcısının analoqunu yaratmağı planlaşdırır























































