Günümüzdə dünyanın ən hündür nöqtəsi Himalay dağlarının Everest zirvəsi hesab edilir.
Zirvənin hündürlüyü 8848 metr təşkil edir.
Amma elmi nöqteyi nəzərdən yanaşsaq, Havay adalarındakı Mauna-Kea vulkanı Everestdən də hündürdür. Bu zirvənin hündürlüyü 10.203 metrdir. Bəs niyə Everest ən hündür zirvə sayılır? Məsələ burasındadır ki, Mauna-Kea dağının əsas hissəsi suyun altındadır.
Amma bu məsələyə daha ciddi yanaşsaq və dağların hündürlüyünü Yerin mərkəzindən hesablamağa başlasaq, ən hündür zirvə Çimboraso vulkanı olacaq. Bu dağ Ekvadorda yerləşir. Məsələ burasındadır ki, bizim planetimiz ideal şar deyil, sferik fiqurdur. Onun maksimal radiusu isə ekvatordadır. Bu səbəbdən Çimboraso vulkanı Yerin ən hündür nöqtəsidir.(ölkə.az)
Maştağada 62 yaşlı kişini cərəyan vurub öldürdü
Azərbaycanlı qadın qayınatasını döyərək öldürüb?
Bakıda gənc motosikletçi yol qəzasında ölüb
Xaçmazda 70 yaşlı kişi eşşək dişlədikdən sonra ölüb
Qaydanı pozan “Gelandevagen”in sürücüsü saxlanıldı
Bakıda ata və 13 yaşlı oğlu dəm qazından ölüb
Milli Parkın ərazisində narkoplantasiya salan şəxs ələ keçdi
Azərbaycanlıların olduğu gəmilər vuruldu: ölənlər var






















































