28 yaşlı gənc sağlamlığına qovuşub. Mürəkkəb əməliyyat yolu ilə xəstədə tamamilə qapanmış sidik kanalı bərpa olunub.
Mediainfo.az-a Səhiyyə nazirliyi mətbuat xidmətindən verilən məlumata görə, iki ay əvvəl 28 yaşlı gənc ciddi problem yaşayıb - isti armatur oğlanın ayaqlarının arasından keçib. Həddən artıq qızan yüksək temperaturlu armatur gəncin bədənini deşib keçərək sarğısından çıxıb. Bu da həmin nahiyədə böyük bir yara əmələ gətirib.
Mürəkkəb əməliyyatı icra edən, Azərbaycan Tibb Universietinin urologiya kafedrasının müdiri Südeyif İmamverdiyevin sözlərinə görə, hadisədən sonra gəncdə armatur keçən yer tamamilə yanıb, ona görə də sidik kanalı tam dağılıb. 3 yerdə ciddi yaralar olub. Sidiyi xaric etməsinə yardımçı olmaq üçün qarnın aşağı hissəsindən (qasıqüstü nahiyədən) sidik kisəsinə boru taxılıb.
Müayinələr nəticəsində pasiyentin sidik kanalı tamamilə abiterasiya olub, yəni tamamilə çapıqlarla qapanıb. Odur ki, əməliyyat yolu ilə kanalın bərpasına qərar verilib.
Əməliyyat zamanı kanaldakı qapanmayan hissələrin ucları bir-birinə birləşdirilib.
3 saat yarım davam edən əməliyyat uğurla tamamlanıb və anatomik yol bərpa olunub.
Ana pilləkəndən yıxıldı, qucağındakı körpə öldü
DİN vətəndaşlara xəbərdarlıq etdi
Uzunömürlülərin qanında xərçəng hüceyrələrini məhv edən nadir immun hüceyrələri aşkarlanıb
İlanı öldürdü, bir müddət sonra özü həyatını itirdi
İtaliyada oğluna 3 gün toy etdi, 6 milyon xərclədi - Foto
Qorxunc plan: Əhali sayı sürətlə azaldılmalıdır...
“Allahın verdiyi burnu kəsdirənlər mənə söz deyir“
İsrail Amerikanın F-35 qırıcısının analoqunu yaratmağı planlaşdırır























































