Türkiyədə dindarlara birgə bayram namazı qılmağa icazə verilib

Türkiyədə dindarlara birgə bayram namazı qılmağa icazə verilib

Türkiyənin Daxili İşlər Nazirliyi “Məscidlərdə camaatla ibadət edilməsi” haqqında ölkə boyu 81 vilayətin valilərinə sərəncam göndərib.

Mediainfo.az-ın xəbərinə görə, yeni növ koronavirusla (COVID-19) mübarizə tədbirləri çərçivəsində yaradılan Elm Qurumu martın 16-dan bağlanan və ya namaz qılınması məhdudlaşdırılan məscidlərin ibadətə açılması ilə əlaqədar qərar verib.

Nazirliyin bununla bağlı verdiyi sərəncamında qeyd olunub ki, 26 mayda açıqlanacaq qaydalar çərçivəsində ibadətlər və cümə namazları camaatla qılına biləcək. Ancaq Elm Qurumunun tövsiyə etdiyi qadağalara görə, camaatla birlikdə yalnız axşam, ikindi və cümə namazları qılınacaq. Diğər zamanlarda tək-tək namaz qılınması üçün məscidlər açıq olacaq.

Mediainfo.az

Çox oxunan xəbərlər
Son xəbərlər

2026.04.26

2026.04.25

2026.04.24

2026.04.23

2026.04.22

2026.04.21

2026.04.20

2026.04.19

Saytda yerləşdirilmiş materiallardan istifadə edərkən istinad mənbəyinin göstərilməsi zəruridir.
Ünvan: Bakı səh., Yasamal r-nu 529-cu məhəllə, AZ 1073 VÖEN 1000204751
Tel.: 012 510 59 89; 012 510 59 99; 077 767 06 66
E-mail: [email protected]
2009-2026 © Azerbaycanpolisi.az