Rusiyada məktəb, kollec və universitetlərdə bu gündən etibarən yeni tədris ili başlayıb.
Mediainfo.az Rusiya mətbuatına istinadən xəbər verir ki, ölkə üzrə məktəb qapıları 17 milyon şagirdə açılıb, onlardan 2 milyonu birinci sinifə gedib.
“Bilik günü” üçün ənənəvi məktəb düzülüşləri keçirilib. Bununla birlikdə, onların açıq havada və məhdud iştirakçı sayı ilə keçirilmələri tövsiyə olunub. Əksər məktəblərdə mərasim yalnız birinci sinif şagirdləri və məktəb məzunları üçün keçirilib. Övladını birinci sinfə aparmaq üçün gələn valideynlər qoruyucu maska taxmalı olublar.
Məktəb girişlərində həm şagirdlər, həm də müəllimlərin bədən istiliyi və koronavirus əlamətlərinin olub-olmaması yoxlanılıb, potensial xəstələr dərslərə buraxılmayıb.
İkincisi, fərqli siniflərdən olan tələbələrin bir-biri ilə təmasları məhdudlaşdırılıb.Fasilələr zamanı məktəblilərin toplanmasının qarşısını almaq üçün cədvələ müəyyən dəyişikliklər edilib. Kütləvi tədbirlər (Bilik günü xaricində) qadağan olaraq qalıb.
Qeyd edək ki, məktəblilər üçün maska taxmaq məcburi deyil. Müəllimlərin maska taxması məsələsi isə bölgə rəhbərliyi tərəfindən müəyyən ediləcək. Valideynlər isə məktəbə yalnız maska taxaraq girə biləcək və kütləvi iştiraklara isə icazə verilməyəcək. Belə ki, bütün valideyn iclasları onlayn keçiriləcək.
Bu və digər məhdudiyyətlər hələlik 1 yanvar tarixinə qədər qüvvədə qalacaq.
Mediainfo.az
Astarada kişi evində faciəvi şəkildə öldü
“Onları İrana göndərmək lazımdır” - Xalq artisti
Qaradağda əsgərləri daşıyan avtobus aşdı
Milli təhlükəsizliyin qorunmasına rəhbərlik etmiş şəxs dövlət sirlərini ticarət obyektinə çevirib
U-21 millimizdən tarixi nəticə
Prezident İlham Əliyevin müdrik siyasəti illərlə blokadada qalmış Naxçıvanı nəqliyyat qovşağına çevirir
Bu gün Beynəlxalq Müəllimlər Günüdür
Kanada AB-nin assosiativ üzvü olmaq İstəyir

















.jpg)
.jpg)










.jpg)

























