Azərbaycan Milli Xalça Muzeyi həm yerli əhalinin, həm də turistlərin muzeyimiz haqqında ətraflı məlumat almaq imkanlarını genişləndirmək üçün daim çalışır. Bu istiqamətdə muzeyimizin növbəti yeniliyi turistlər tərəfindən rahatlıqla istifadə edilən audiobələdçi mətnlərinin Azərbaycan, rus, ingilis və fransız dilləri ilə yanaşı artıq Ukrayna dilində də təqdim olunmasıdır.
Qeyd edək ki, 2019-cu ilin noyabr ayından Azərbaycan Milli Xalça Muzeyi və Ukraynanın Azərbaycan Respublikasındakı səfirliyinin birgə əməkdaşlığı nəticəsində bu layihənin həyata keçirilməsinə başlanılıb. Beləliklə, muzeyimizdə Ukrayna vətəndaşlarına yüksək səviyyəli ekskursiyaların təşkili məqsədilə audiobələdçi mətnlərinin Ukrayna dilinə tərcüməsi və səsləndirilməsi işi yekunlaşıb.
Birgə əməkdaşlıq çərçivəsində həmçinin Ukraynanın Azərbaycandakı səfirliyi tərəfindən Azərbaycan Milli Xalça Muzeyində maraqlı video-çarx da lentə alınıb. Ukraynanın Müstəqillik Günü münasibətilə hazırlanan video-çarxda muzeyin direktoru Şirin Məlikova və Ukraynanın ölkəmizdəki fövqəladə və səlahiyyətli səfiri Vladislav Kanevski Azərbaycan Milli Xalça Muzeyi ilə Ukrayna səfirliyinin ortaq layihəsindən bəhs ediblər. Şirin xanım həmçinin dost Ukrayna xalqını Müstəqillik Günü münasibətilə təbrik edib.
Qeyd edək ki, muzeyimiz dünyanın istənilən nöqtəsindən bizi izləyən tamaşaçılarımıza daha yaxın və əlçatan olmaq üçün səylərini davam etdirir.
Ukraynanın Azərbaycandakı səfirliyi tərəfindən hazırlanan video-çarx: https://azerbaijan.mfa.gov.ua/news/azerbajdzhanski-muzeyi-zagovorili-ukrayinskoyu-movoyu
Mediainfo.az
Ana pilləkəndən yıxıldı, qucağındakı körpə öldü
DİN vətəndaşlara xəbərdarlıq etdi
Uzunömürlülərin qanında xərçəng hüceyrələrini məhv edən nadir immun hüceyrələri aşkarlanıb
İlanı öldürdü, bir müddət sonra özü həyatını itirdi
İtaliyada oğluna 3 gün toy etdi, 6 milyon xərclədi - Foto
Qorxunc plan: Əhali sayı sürətlə azaldılmalıdır...
“Allahın verdiyi burnu kəsdirənlər mənə söz deyir“
İsrail Amerikanın F-35 qırıcısının analoqunu yaratmağı planlaşdırır























































