Avropa Yayım Birliyi (European Broadcasting Union) “Eurovision - 2021” mahnı müsabiqəsinin Rotterdamda (Hollandiya) keçiriləcəyini təsdiq edib.
Mediainfo.az TASS agentliyinə istinadən xəbər verir ki, bu barədə “Eurovision: Avropa bərq vurur” (Europe Shine A Light) şou proqramı zamanı elan olunub.
Müsabiqənin rəsmi səhifəsində bildirilib ki, şou proqram “Ahoy” konsert zalında baş tutacaq.
Artıq məlumdur ki, “Eurovision - 2020”də çıxışları elan edilmiş 41 ifaçı və musiqi qrupundan 18-i “Eurovision - 2021”də öz ölkələrini təmsil edəcək.
Qeyd edək ki, say etibarı ilə 65-ci “Eurovision” müsabiqəsi bu il Rotterdamın Ahoy konsert zalında “Açıl” (Open Up) adı altında keçirilməli idi. Ancaq Avropa Yayım Birliyi müsabiqəni koronavirus pandemiyası ilə əlaqədar təxirə saldı.
Mediainfo.az
Astarada kişi evində faciəvi şəkildə öldü
“Onları İrana göndərmək lazımdır” - Xalq artisti
Qaradağda əsgərləri daşıyan avtobus aşdı
Milli təhlükəsizliyin qorunmasına rəhbərlik etmiş şəxs dövlət sirlərini ticarət obyektinə çevirib
U-21 millimizdən tarixi nəticə
Prezident İlham Əliyevin müdrik siyasəti illərlə blokadada qalmış Naxçıvanı nəqliyyat qovşağına çevirir
Bu gün Beynəlxalq Müəllimlər Günüdür
Kanada AB-nin assosiativ üzvü olmaq İstəyir

















.jpg)
.jpg)










.jpg)

























