Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 5 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin əməkdaşları tərəfindən Xaçmaz rayon Qaraçaycek bələdiyyə ərazisində yaş köküstə 28-44 sm diametrində 16 ədəd qovaq ağacının kəsildiyi aşkar edilib.
Mediainfo.az-ın ETSN Mətbuat Xidmətindən aldığı məlumata görə, araşdırma zamanı ağacların Xaçmaz rayon Xaspoladoba kənd sakini Elman Həmzəliyev tərəfindən kəsildiyi müəyyən olunub.
Faktla bağlı E.Həmzəliyev barəsində akt tərtib edillib və təbiətə 5700 manat məbləğində ziyan dəydiyi məlum olub.
Dəymiş ziyanın məbləği cinayət tərkibi yaratdığından toplanmış materiallar məsələyə hüquqi qiymət verilməsi və təqsirkar barəsində qanunamüvafiq tədbirlərin görülməsi üçün Xaçmaz rayon Prokurorluğuna göndərilib.
Ana pilləkəndən yıxıldı, qucağındakı körpə öldü
DİN vətəndaşlara xəbərdarlıq etdi
Uzunömürlülərin qanında xərçəng hüceyrələrini məhv edən nadir immun hüceyrələri aşkarlanıb
İlanı öldürdü, bir müddət sonra özü həyatını itirdi
İtaliyada oğluna 3 gün toy etdi, 6 milyon xərclədi - Foto
Qorxunc plan: Əhali sayı sürətlə azaldılmalıdır...
“Allahın verdiyi burnu kəsdirənlər mənə söz deyir“
İsrail Amerikanın F-35 qırıcısının analoqunu yaratmağı planlaşdırır













.jpg)

.jpg)







































