Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Su Hövzələrində Bioloji Resursların Artırılması və Mühafizəsi Departamentinin əməkdaşları tərəfindən Baş Mil-Muğan Kollektorun Saatlı rayonu ərazisindən keçən hissəsində icazəsiz balıq ovlayan şəxs saxlanılıb.
Mediainfo.az-ın ETSN Mətbuat Xidmətindən aldığı məlumata görə, araşdırma zamanı brakonyerin Saatlı rayon sakini Xəyal Behbudov olduğu müəyyən edilib. Ondan müxtəlif növ balıqlar və ov aləti götürülüb. Balıq ehtiyatına vurulan ziyan hesablanaraq təqsirkar barəsində 649 manat məbləğində iddia qaldırılıb.
Dəyən ziyan cinayət tərkibi yaratdığından məsələyə hüquqi qiymət verilməsi üçün toplanmış sənədlər Su Nəqliyyatında Polis İdarəsinə göndərilib.
Ana pilləkəndən yıxıldı, qucağındakı körpə öldü
DİN vətəndaşlara xəbərdarlıq etdi
Uzunömürlülərin qanında xərçəng hüceyrələrini məhv edən nadir immun hüceyrələri aşkarlanıb
İlanı öldürdü, bir müddət sonra özü həyatını itirdi
İtaliyada oğluna 3 gün toy etdi, 6 milyon xərclədi - Foto
Qorxunc plan: Əhali sayı sürətlə azaldılmalıdır...
“Allahın verdiyi burnu kəsdirənlər mənə söz deyir“
İsrail Amerikanın F-35 qırıcısının analoqunu yaratmağı planlaşdırır













.jpg)

.jpg)







































