İstanbul Prokurorluğu Türkiyə iqtisadiyyatına və maliyyə təhlükəsizliyinə ziyan vurmaqda şübhəli bilinən 417 nəfərin tutulması barədə sanksiya verib.
"Report" "Hürriyet"ə istinadən bildirir ki, hüquq-mühafizə orqanları Türkiyə Respublikasına qarşı iqtisadi cinayətlə bağlı istintaqa başlayıb.
İstanbul da daxil olmaqla, ölkənin 40 şəhərində eyni vaxtda keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində həmin şəxslərdən 216 nəfəri saxlanılıb.
Onlar çırkli pulların yuyulmasında, o cümlədən ölkədən xaricə qanunsuz pul köçürülməsində şübhəli bilinirlər.
Məlumata görə, barəsində tutulma qərarı verilən şəxslər xarici ölkələrdəki 28088 hesaba qanunsuz yolla 400 milyon dollardan artıq maliyyə vəsaiti köçürüblər. Türkiyədən göndərilən pulları xaricdə alan şəxslərin əksəriyyətinin ABŞ-da yaşayan İran vətəndaşları olduğu bildirilib.
Ana pilləkəndən yıxıldı, qucağındakı körpə öldü
DİN vətəndaşlara xəbərdarlıq etdi
Uzunömürlülərin qanında xərçəng hüceyrələrini məhv edən nadir immun hüceyrələri aşkarlanıb
İlanı öldürdü, bir müddət sonra özü həyatını itirdi
İtaliyada oğluna 3 gün toy etdi, 6 milyon xərclədi - Foto
Qorxunc plan: Əhali sayı sürətlə azaldılmalıdır...
“Allahın verdiyi burnu kəsdirənlər mənə söz deyir“
İsrail Amerikanın F-35 qırıcısının analoqunu yaratmağı planlaşdırır













.jpg)

.jpg)







































