Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Su Hövzələrində Bioloji Resursların Artırılması və Mühafizəsi Departamentinin əməkdaşları tərəfindən növbəti reyd keçirilib.
Mediainfo.az-ın ETSN Mətbuat Xidmətindən aldığı məlumata görə, reyd zamanı Şəmkir və Yenikənd su anbarlarının sol sahillərində icazəsiz balıq ovlayan şəxslər saxlanılıb.
Araşdırma zamanı icazəsiz ov edən şəxslərin Şəmkir rayon sakini Elşən Əhmədov və Gəncə şəhər sakini Nüsrət Eminov olduğu müəyyən edilib. Onlardan müxtəlif növ balıqlar, ov alətləri, rezin və taxta qayıq götürülüb.
Balıq ehtiyatına vurulan ziyan hesablanaraq təqsirkarlar barəsində ümumilikdə 847 manat məbləğində iddia qaldırılıb.
Dəyən ziyan cinayət tərkibi yaratdığından məsələyə hüquqi qiymət verilməsi üçün toplanmış sənədlər Su Nəqliyyatında Polis İdarəsinə göndərilib.
Ana pilləkəndən yıxıldı, qucağındakı körpə öldü
DİN vətəndaşlara xəbərdarlıq etdi
Uzunömürlülərin qanında xərçəng hüceyrələrini məhv edən nadir immun hüceyrələri aşkarlanıb
İlanı öldürdü, bir müddət sonra özü həyatını itirdi
İtaliyada oğluna 3 gün toy etdi, 6 milyon xərclədi - Foto
Qorxunc plan: Əhali sayı sürətlə azaldılmalıdır...
“Allahın verdiyi burnu kəsdirənlər mənə söz deyir“
İsrail Amerikanın F-35 qırıcısının analoqunu yaratmağı planlaşdırır













.jpg)

.jpg)







































