Bu gün İsveç məhkəməsi tanınmış mədəniyyət xadimi Jan Klod Arnonu iki qadını zorlamada günahkar bilərək ona iki il həbs cəzası kəsib.
Mediainfo.az-ın verdiyi xəbərə görə, bu barədə Röyters agentliyinin yaydığı məlumatda bildirilir.
Jan Klod Arno bu il ədəbiyyat üzrə Nobel mükafatı almalı idi. Lakin baş verən qalmaqallı hadisədən sonra onun adı Nobel mükafatı laueratı siyahısından çıxarılıb.
Onu da deyək ki, Jan Klod Arnonun həyat yoldaşı Katerina Frostenson Nobel mükafatı laueratlarının seçilməsi üzrə İsveç Akademiyasında məsul şəxslərdən biridir.
Xatırladaq ki, 2017-ci ilin payızında 18 qadın Jan Klod Arnonu onları Nobel mükafatı alacaqları barədə aldatmaqda günahlandırıb. Onlardan ikisinin Arno tərəfindən seksual zorakılığa məruz qaldıqları təsdiqlənib. Məhz buna görə də İsveç Akademiyası 2018-ci ildə ədəbiyyat üzrə Nobel mükafatını Jan Klod Arnoya verməkdən imtina edib.
Əziz Mustafa
Elçi göndərdiyi qızın atası 35 yaşlı kişini döyüb öldürdü
Moskvadakı Ticarət Mərkəzinə dron hücumunda azərbaycanlılar yaralanıb
Maştağada 62 yaşlı kişini cərəyan vurub öldürdü
Azərbaycanlı qadın qayınatasını döyərək öldürüb?
Bakıda gənc motosikletçi yol qəzasında ölüb
Xaçmazda 70 yaşlı kişi eşşək dişlədikdən sonra ölüb
Qaydanı pozan “Gelandevagen”in sürücüsü saxlanıldı


















































