Moskvanın Basmannı məhkəməsi 57 yaşlı erməni kriminal avtoritet Mixail Xaçaturyanı öldürən 3 doğma qızının azadlığa buraxılması barədə qərar qəbul edib.
Tədqiqatçıların tələbi ilə proses bitmiş elan edilib, tərəflər etiraz etməyiblər.
Bacılara gecələr yaşayış yerini tərk etmək, müstəntiq və qohumlarından başqa tanımadığı şəxslərlə əlaqə saxlamaq qadağan edilib. Hətta bacılara bir-biri ilə ünsiyyətdə olmaq, mobil telefondan və internetdən istifadə də 28 dekabra kimi yasaqlanıb.
Xatırladaq ki, M. Xaçaturyan bu il iyulun 27-də 17,18 və 19 yaşındakı doğma qızları Angelina, Kristina və Mariya tərəfindən qətlə yetirilib. Onun boynu və bədəninin digər nahiyələri kəsilmiş-deşilmiş olan cəsədi çoxmərtəbəli binanın girişində tapılıb. Şübhəli kimi saxlanılan bacılar cinayəti etiraf ediblər. Onlar atalarının təzyiqlərindən təngə gəldiklərini bildiriblər. (qafqazinfo)
Azərbaycanda yeni Ombudsman seçiləcək
Bakıda məktəbdə şagird faciəvi şəkildə öldü
“Real” “El-Klasiko”da “Barselona”ya qalib gəldi
Astarada kişi evində faciəvi şəkildə öldü
“Onları İrana göndərmək lazımdır” - Xalq artisti
Qaradağda əsgərləri daşıyan avtobus aşdı
Milli təhlükəsizliyin qorunmasına rəhbərlik etmiş şəxs dövlət sirlərini ticarət obyektinə çevirib
U-21 millimizdən tarixi nəticə

















.jpg)










.jpg)
















.jpg)







