Sentyabrın 14-də vəfat edən İrşad Electronics MMC-nin rəhbəri İrad Ağahüseyn oğlu Hacıyevin intihar etdiyi məlum olub.
Bu barədə Bakı.vs-ə mərhumun yaxınları məlumat verib. Bildirilib ki, İrad Hacıyev özünə qəsd etmək üçün çoxlu sayda dərman içib. Onun meyitini vannada aşkar ediblər. Vannanın kənarında isə intihar etmək üçün içdiyi dərmanların qutuları aşkarlanıb.
Bakı Prokurorluğundan İ.Hacıyevin intihar etdiyi təsdiqlənib.
"İrad Ağahüseyn oğlu Hacıyevin ölümü ilə əlaqədar sentyabrın 14-də Cinayət Məcəlləsinin 125-ci (öldürmə həddinə çatdırma) maddəsi ilə cinayət işi başlanıb. İstintaq gedir", - prokurorluğun məlumatında bildirilib.
Qeyd edək ki, bundan öncə 40 yaşlı iş adamının qəfil dünyasını dəyişməsinə ürək çatışmazlığının səbəb olduğu bildirilmişdi.
Xatırladaq ki, İ.Hacıyev ailəli idi və 2 övladı var. O, tanınmış hüquq müdafiəçisi Mirvari Qəhrəmanlının qayınının oğludur.
Azərbaycanda yeni Ombudsman seçiləcək
Bakıda məktəbdə şagird faciəvi şəkildə öldü
“Real” “El-Klasiko”da “Barselona”ya qalib gəldi
Astarada kişi evində faciəvi şəkildə öldü
“Onları İrana göndərmək lazımdır” - Xalq artisti
Qaradağda əsgərləri daşıyan avtobus aşdı
Milli təhlükəsizliyin qorunmasına rəhbərlik etmiş şəxs dövlət sirlərini ticarət obyektinə çevirib
U-21 millimizdən tarixi nəticə

















.jpg)










.jpg)
















.jpg)







