Kriminal aləmdə "Vaqon" kimi tanınan "qanuni oğru" Vladimir Vaqin Perm vilayətinin Vsesvyatski qəsəbəsindəki cəzaçəkmə müəssisəsində intihar edib.
Bununla bağlı "Primecrime" məlumat yayıb.
Bildirilir ki, 54 yaşlı avtoritetin cəsədi dünən yerli vaxtla 22:30-da saxlanıldığı kamerada tapılıb. Əvvəllər məhkum olunmuş Vaqin "qanuni oğru" tituluna 1995-ci ildə yiyələnib.
Avtoritetlər Yuri Piçuqin (Piçuqa) və Vasili Xristofor (Voskres) ilə birlikdə Vaqon Aslan Usoyanın (Ded Xasan) dəstəsinin slavyan klanının rəhbərlərindən olub.
"O, sonuncu dəfə 2016-cı ildə polis işçisini qətlə yetirdiyi üçün həbs edilib. 2009-cu ildə isə o, "Soxo" restoranı qarşısında Daxili İşlər Nazirliyinin akademiyasının məzununu bıçaqla yaralayıb", - məlumatda bildirilib. (Oxu.Az)
Azərbaycanda yeni Ombudsman seçiləcək
Bakıda məktəbdə şagird faciəvi şəkildə öldü
“Real” “El-Klasiko”da “Barselona”ya qalib gəldi
Astarada kişi evində faciəvi şəkildə öldü
“Onları İrana göndərmək lazımdır” - Xalq artisti
Qaradağda əsgərləri daşıyan avtobus aşdı
Milli təhlükəsizliyin qorunmasına rəhbərlik etmiş şəxs dövlət sirlərini ticarət obyektinə çevirib
U-21 millimizdən tarixi nəticə

















.jpg)










.jpg)
















.jpg)







