Bakı Ağır Cinayətlər Məhkəməsində adam öldürməyə cəhddə ittiham edilərək həbs edilən 1995-ci il təvəllüdlü Elvin Hümbətovun cinayət işi üzrə məhkəmə iclası davam etdirilib.
Hakim Cavid Hüseynovun sədrliyi ilə keçirilən məhkəmə prosesində hökm oxunub.
Hökmə əsasən, E. Hümbətov cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməklə, səkkiz il müddətinə azadlıqdan məhrum edilib.
Qeyd edək ki, E. Hümbətov aralarında yaranan münaqişə zəminində dostu Ceyhun Abbasovu bıçaqlayıb. Mübahisə 2.50 qəpik üstündə baş verib.
Belə ki, E. Hümbətovun C. Abbasova 2 manat 50 qəpik borcu olub.
Zərərçəkmiş pulunu tələb etdikdə, onlar arasında mübahisə baş verib və mübahisə qanla nəticələnib.
Xəstəxanaya yerləşdirilən C.Abbasovun həyatını xilas etmək mümkün olub. (oxu.az)
Azərbaycanda yeni Ombudsman seçiləcək
Bakıda məktəbdə şagird faciəvi şəkildə öldü
“Real” “El-Klasiko”da “Barselona”ya qalib gəldi
Astarada kişi evində faciəvi şəkildə öldü
“Onları İrana göndərmək lazımdır” - Xalq artisti
Qaradağda əsgərləri daşıyan avtobus aşdı
Milli təhlükəsizliyin qorunmasına rəhbərlik etmiş şəxs dövlət sirlərini ticarət obyektinə çevirib
U-21 millimizdən tarixi nəticə

















.jpg)










.jpg)
















.jpg)







