Ekologiya və Təbii Sərvətlər Nazirliyinin "Qaynar xətt"inə Gəncə şəhəri, Nizami rayonu, Gülüstan qəsəbəsi, "Qocalar evi" küçəsindəki həyətlərdə mal-qara saxlanılması nəticəsində ətrafa qoxunun yayılması ilə bağlı şikayət daxil olub.
Mediainfo.az-ın ETSN Mətbuat Xidmətindən aldığı məlumata görə, 10 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin əməkdaşları tərəfindən sözügedən əraziyə baxış keçirilib.
Baxış zamanı qəsəbə sakinləri Yəmən Salahova və Əzim Əsədliyə məxsus evlərin həyətindəki tövlədə iribuynuzlu mal-qara saxlanıldığı məlum olub.
Faktla bağlı akt tərtib edilib və qoxunun yayılmasının qarşısının alınması məqsədilə zəruri tədbirlərin görülməsi üçün onlara icrası məcburi olan müddətli "məcburi göstəriş" verilib.
10 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsi tərəfindən Gəncə şəhərinin Nizami rayonunun ərazisində mal-qaranın saxlanılması şəraitinin sanitar-epidemioloji və ekoloji tələblərə cavab verməsi vəziyyətinin araşdırılması məqsədilə Gəncə şəhər Baytarlıq idarəsinin, Gigiyena və Epidemiologiya Mərkəzinin, 10 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin və Gəncə şəhər Nizami rayon İcra Hakimiyyətinin nümayəndələrindən ibarət komissiyanın yaradılması üçün Gəncə şəhər Nizami rayon İcra Hakimiyyətinə məktubla müraciət olunub.
Ana pilləkəndən yıxıldı, qucağındakı körpə öldü
DİN vətəndaşlara xəbərdarlıq etdi
Uzunömürlülərin qanında xərçəng hüceyrələrini məhv edən nadir immun hüceyrələri aşkarlanıb
İlanı öldürdü, bir müddət sonra özü həyatını itirdi
İtaliyada oğluna 3 gün toy etdi, 6 milyon xərclədi - Foto
Qorxunc plan: Əhali sayı sürətlə azaldılmalıdır...
“Allahın verdiyi burnu kəsdirənlər mənə söz deyir“
İsrail Amerikanın F-35 qırıcısının analoqunu yaratmağı planlaşdırır













.jpg)

.jpg)







































