Etimad İsmayılovu qətlə yetirən Gözəl Dəmirov Beşiktaşda polis tərəfindən saxlanılıb.
"Sabah" qəzeti saxlanılan şəxsin sürücüsü ilə küçədə gəzərkən tutulduğu bildirilib. Polisin onu cinayətdən 3 saat sonra yaxaladığı bəlli olub.
"Sabah" qətlin necə baş verdiyini də qeyd edib. Belə ki, Gözəl Dəmirov Etimad İsmayılovla axşam saatlarında ikincinin ofisində görüşüb. Birlikdə çay içən Dəmirovla İsmayılov arasında az sonra mübahisə yaşanıb. Mübahisənin borc ucbatından başladığı iddia edilib. Məhz bundan sonra Dəmirovun silahını çıxararaq İsmayılovu qətlə yetirdiyi vurğulanır.
Dəmirov İsmayılovu vurduqdan sonra onun işçilərini silahla təhdid edərək, ofisdən qaçıb.
Borc və ya pul mübahisəsi ilə bağlı ilkin informasiyalar təzadlıdır. Vaxtilə Azərbaycan DİN-də idarə rəisi olan keçmiş polis polkovniki Gözəl Dəmirovun o zaman baş verən insidentlə bağlı ölkədən Türkiyəyə qaçdığı və orada biznes qurduğu bildirilir. Bəzi məlumatlara görə, G.Dəmirov da normal iş adamlarından sayılıb. Hətta az öncə o, Türkiyənin nəhəng iş adamı Yaşar Sönməzin qızının toyunda görüntülənmişdi. Bildirilir ki, Dəmirovun "Fənərbaxça" klubunun prezidenti Əziz Yıldırımla da biznes əlaqələri var.
Bəzi mənbələr E.İsmayılovla G.Dəmirovun birgə biznesinin (inşaat və təşkilatçılıq) olduğu, ortaqların mübahisəsinin buradan qaynaqlandığını ehtimal edir. Digər versiyada isə bildirilir ki, G.Dəmirovun işləri son vaxtlar yaxşı getmirmiş və maddi sıxıntı çəkirmiş. Ona görə də azərbaycanlı iş adamlarına dəstək üçün xahiş edibmiş. Etimad İsmayılov bu xahişi geri çevirdiyi üçün mübahisə yaranıb.
Bütün hallarda bilinən odur ki, G.Dəmirov əsəbiləşdiyi üçün tapançaya əl atmayıb, E.İsmayılovu qətlə yetirmək üçün, məhz killer kimi atəş açıb. Belə ki, iki güllə başına vurduqdan sonra 3-cü gülləni ürəyindən atıb.
Qeyd edək ki, İsmayılov dünən ofisində qətlə yetirilib. O, Azərbaycanın keçmiş baş prokuroru və ədliyyə naziri İlyas İsmayılovun oğlu, tanınmış jurnalist Sevil Nuriyevanın həyat yoldaşı idi.
Həyət evində yaşayanların nəzərinə! - 1000 manatadək cərimə...
Bakıda xəstəxanada bir yaşlı körpə ölüb
Bakıda sürücü yeniyetməni vurub öldürüb
Bakıda 100.000 manat dəyərində qızıl əşyalar oğurlanıb
Məşhur uşaq qidasında siçan zəhəri aşkarlandı
Tbilisidə azərbaycanlı qızın meyiti tapıldı
196 ölkədə axtarışda olan "Qızıl adam" - İnqilab Babayev saxlanıldı
Dələduzluqda ittiham olunan məktəb direktoru Türkiyədən Azərbaycana ekstradisiya edilib


















































