Dünən Kürdəmir rayonunda keçmiş polis əməkdaşının qonşusunu güllələyərək öldürməsi hadisəsi ilə bağlı maraqlı məqamlar üzə çıxıb.
Rayon sakini, 1974-cü il təvəllüdlü Mübariz Əhmədov keçən il həyat yoldaşı ilə əlaqəsi olduğuna görə və mütəmadi yazışdığı üçün döydüyü Elsevər Məmmədov həmin hadisədən sonra bir müddət Rusiyada yaşayıb.
Belə ki, qonşu qadınla adına xoşagəlməz sözlər yayılan və qadının həyat yoldaşı tərəfindən çöllük əraziyə aparılaraq lüt soyundurulan E.Məmmədov qonşu ölkəyə gedib.
O, Rusiyada olduğu müddətdə Mübarizdən qisas almaq məqsədi ilə sosial şəbəkələrdə onun həyat yoldaşı ilə yazışmalarını paylaşıb. Bu azmış kimi "YouTube"-də bununla bağlı video da yerləşdirib.
Mübariz Əhmədovun xəbərdarlığı və digər tanıyan şəxslərin müdaxiləsindən sonra həmin paylaşımların bir hissəsi sosial şəbəkələrdən silinib.
Nəhayət bir müddət əvvəl Elsevər Rusiyadan Azərbaycana qayıdıb və Kürdəmirdəki evində yaşamağa davam edib. Bütün xoşagəlməz hadisələrin və qonşusunun onun həyat yoldaşı ilə əlaqəsinin olması ilə bağlı söz-söhbətlərin təsiri altında olan Mübariz odlu silahla onu öldürmək qərarına gəlib.
O, dünən günorta saatlarında qonşusunun evinə gələrək onu güllələyib. E.Məmmədov hadisə yerindəcə keçinib.
Qeyd edək ki, keçən il Mübariz Əhmədov Elsevəri arvadı ilə yazışdığı üçün rayonda çöllük əraziyə apararaq, bir qrup şəxslə döyüb və orada Elsevəri lüt soyunduraraq geri qayıdıb.
Elsevər Məmmədovun həmin hadisədən şikayətçi olması səbəbindən məhkəmə keçirilib və M.Əhmədov 1 il müddətinə islah işlərinə məhkum edilmişdi.
Qətl hadisəsi ilə bağlı cinayət işi açılıb, araşdırma aparılır. Publika.az
Ana pilləkəndən yıxıldı, qucağındakı körpə öldü
DİN vətəndaşlara xəbərdarlıq etdi
Uzunömürlülərin qanında xərçəng hüceyrələrini məhv edən nadir immun hüceyrələri aşkarlanıb
İlanı öldürdü, bir müddət sonra özü həyatını itirdi
İtaliyada oğluna 3 gün toy etdi, 6 milyon xərclədi - Foto
Qorxunc plan: Əhali sayı sürətlə azaldılmalıdır...
“Allahın verdiyi burnu kəsdirənlər mənə söz deyir“
İsrail Amerikanın F-35 qırıcısının analoqunu yaratmağı planlaşdırır













.jpg)

.jpg)







































