Qusar Rayon Polis Şöbəsinin əməkdaşları rayon ərazisində müxtəlif vaxtlarda cinayət törədən 10 nəfərdən ibarət cinayətkar qrupun üzvlərini saxlayıb.
Aparılan əməliyyat-axtarış tədbirləri nəticəsində müəyyən olunub ki, həmin qrup tərəfindən 2015-ci ildən hazırkı dövrədək rayon ərazisində 17 oğurluq və 1 quldurluq hadisəsi törədilib.
Həmin qrupun 3 üzvü - Şıxzada Şıxıyev, Nadim Ağaxanov və əvvəllər məhkum olunmuş Bəhruz Nurullayev 2015-ci ilin mart ayında maskalanaraq Qusar şəhər sakini Quliyev Bəhruz İskəndər oğluna məxsus evə qanunsuz daxil olublar. Onlar bıçaqla ev sahibinə və ailə üzvlərinə hədə-qorxu gələrək Bəhruz Quliyevi əlindən yaralayıblar. Cinayətkar dəstə evdən 500 manat pul və qızıl-zinət əşyaları aparıblar.
Cinayətkar qrupun üzvləri tərəfindən ayrı-ayrı vaxtlarda törədilən oğurluq və quldurluq hadisələri nəticəsində vətəndaşlara, ümumilikdə, 100 min manata yaxın maddi ziyan vurulub.
Dəstənin 7 üzvü barəsində barəsində həbs qətimkan tədbiri seçilib.
Faktlarla bağlı Qusar Rayon Polis Şöbəsində araşdırmalar davam etdirilir. AzərTac
Azərbaycanda yeni Ombudsman seçiləcək
Bakıda məktəbdə şagird faciəvi şəkildə öldü
“Real” “El-Klasiko”da “Barselona”ya qalib gəldi
Astarada kişi evində faciəvi şəkildə öldü
“Onları İrana göndərmək lazımdır” - Xalq artisti
Qaradağda əsgərləri daşıyan avtobus aşdı
Milli təhlükəsizliyin qorunmasına rəhbərlik etmiş şəxs dövlət sirlərini ticarət obyektinə çevirib
U-21 millimizdən tarixi nəticə

















.jpg)










.jpg)
















.jpg)







