Azərbaycanda məktəb direktoru xadimənin attestatını 500 manata satdı
30 Oktyabr 14:12
Bakıda məşhur istirahət mərkəzində oğurluq olub.
Unikal.org-un xəbərinə görə, Səbail rayonu, Şıx çimərliyində yerləşən "Min bir gecə" istirahət mərkəzində turist kimi istirahət edən İraq vətəndaşı Mocyad Qasım Muhammed Səbail rayon Polis İdarəsinə müraciət edərək həmin obyektdə 2500 dollar və 2000 manat pulunun oğurlandığını bildirib.
Faktla bağlı araşdırma aparılır.
Qeyd edək ki, "Min bir gecə" istirahət mərkəzinin sahibi deputat Hüseynbala Mirələmovdur.