Biznesmenin oğurlanmasında ittiham olunan İradə Rüstəmova Azərbaycandan ekstradisiya edilib və Qazaxıstanın paytaxtı Astanada həbsxanada saxlanılır.
Rüstəmova qarşı bir qrup şəxslə əlbir olub, insan oğurluğunda, eləcə də, bir qrup şəxslə qabaqcadan əlbir olaraq külli miqdarda əmlak əldə etmək məqsədilə hədə-qorxu ilə pul tələb etmədə ittiham olunur.
2017-ci ildə bir müddət Qazaxıstanda yaşayan Taner Aydın və onun həyat yoldaşı İradə Rüstəmova Astanada yaşayan türkiyəli biznesmen Dolqun Tepebaşı oğurlamaq qərarına gəliblər. Onlar istəklərini reallaşdırmaq üçün Elnur Rüstəmov, Baqdan Maqamadov və Bislan Dakayevə müraciət edib. Cütlük bildirib ki, Tepebaş onlara 300 min dollar borcludur. Həmçinin, Vaqif Cəlaliyevi və Zemfira Fərhadovanı da bu işə cəlb ediblər.
Zemfira biznesmenlə "Uzbeçka" kafesində iki dəfə görüşüb və 2017-ci ilin noyabrında onu evinə gətirib. Bu vaxt dəstə üzvləri Tepebaşı döyüb və "Volkswagen Touareg" avtomobilində onu Almatı vilayətinə aparıblar.
Aydın Tepebaşın Türkiyədə yaşayan qardaşından 1 milyon dollar tələb edib. Dəstənin digər üzvlərinin isə bundan xəbəri olmayıb, onlar borc götürülmüş 300 min dolları qaytarmağı tələb ediblər.
Cinayəti törətməkdə əsas şübhəli Taner Aydın barəsində axtarış elan edilib.
Dolqun Tepebaş "Kaztur Texnik" şirkətinin baş direktorudur.
İyulun 30-da İradə Rüstəmova Azərbaycandan Qazaxıstana ekstradisiya edilib. (Oxu.Az )
Ana pilləkəndən yıxıldı, qucağındakı körpə öldü
DİN vətəndaşlara xəbərdarlıq etdi
Uzunömürlülərin qanında xərçəng hüceyrələrini məhv edən nadir immun hüceyrələri aşkarlanıb
İlanı öldürdü, bir müddət sonra özü həyatını itirdi
İtaliyada oğluna 3 gün toy etdi, 6 milyon xərclədi - Foto
Qorxunc plan: Əhali sayı sürətlə azaldılmalıdır...
“Allahın verdiyi burnu kəsdirənlər mənə söz deyir“
İsrail Amerikanın F-35 qırıcısının analoqunu yaratmağı planlaşdırır













.jpg)

.jpg)







































