Daxil olan əməliyyat məlumatı əsasında, Gürcüstandan Azərbaycan Respublikasına gələn, Azərbaycan vətəndaşının idarə etdiyi "Mercedes-Benz 280" markalı nəqliyyat vasitəsi "Sınıq Körpü" gömrük postunda saxlanılıb və gömrük baxışı keçirilib.
Mediainfo.az-a DGK Mətbuat Xidmətindən verilən məlumata görə, baxışdan öncə, sürücü üzərində və idarə etdiyi nəqliyyat vasitəsində gömrük nəzarətindən gizlədilmiş hər hansı predmetin olmadığını bildirib.
Yoxlama zamanı isə, nəqliyyat vasitəsinin yük yerində olan ərzaq məhsullarının arxasında gizlədilən 13 ədəd, kalibri 4,5 mm və üzərində "Super air pistol" yazısı olan pnevmatik tapança, kalibri 4, 5 mm olan üzərində "Ekol" yazılmış 1 ədəd pnevmatik tapança, 4 ədəd pnevmatik silah üçün lülə, ərzaq məhsullarının arasından 1 ədəd "Samsung Galaxy A6", 1 ədəd "Samsung Galaxy J6", 3 ədəd "Samsung Galaxy J3", 7 ədəd "Samsung Galaxy J1", 1 ədəd "Xiomi A1", üzərinə "B 8000" yazılmış 7 ədəd, "Corn" yazılmış 3 ədəd, "H-mobile" yazılmış 5 ədəd, "Etec" yazılmış 5 ədəd, "Kctel" yazılmış 15 ədəd, " Boom" yazılmış 10 ədəd, "ZHT" yazılmış 5 ədəd, "Y-Fine" yazılmış 5 ədəd, "Fuha" yazılmış 5 ədəd mobil telefonlar aşkar edilib.
Faktla bağlı araşdırma aparılır.
Polşa sakini azərbaycanlını nifrət zəminində döyüb
Elçi göndərdiyi qızın atası 35 yaşlı kişini döyüb öldürdü
Moskvadakı Ticarət Mərkəzinə dron hücumunda azərbaycanlılar yaralanıb
Maştağada 62 yaşlı kişini cərəyan vurub öldürdü
Azərbaycanlı qadın qayınatasını döyərək öldürüb?
Bakıda gənc motosikletçi yol qəzasında ölüb
Xaçmazda 70 yaşlı kişi eşşək dişlədikdən sonra ölüb


















































