Ekologiya və Təbii Sərvətlər Nazirliyinin "Qaynar xətt"inə Sumqayıt çayı üzərindəki körpünün altına kimyəvi maddələr olan kisələrin atılması ilə bağlı daxil olan məlumat Nazirliyin 4 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin əməkdaşları tərəfindən yerində araşdırılıb və fakt təsdiqini tapıb.
Mediainfo.az-a nazirlikdən verilən məlumata görə, araşdırma zamanı sözügedən ərazidə hər birinin çəkisi 25.2 kiloqram olan 300-ə yaxın ammonium-bi-flüorid duzu ilə dolu kisələrin atıldığı məlum olub. ETSN-nin Təhlükəli Tullantıların İdarə Olunması üzrə Milli Mərkəzinin əməkdaşları tərəfindən kisələr ərazidən yığışdırılaraq təhlükəli tullantılar poliqonuna daşınıb.
Kisələri əraziyə atan şəxslərin kimliyinin müəyyənləşdirilməsi məqsədilə Sumqayıt şəhər Polis İdarəsinə məktubla müraciət edilib.
Azərbaycanda yeni Ombudsman seçiləcək
Bakıda məktəbdə şagird faciəvi şəkildə öldü
“Real” “El-Klasiko”da “Barselona”ya qalib gəldi
Astarada kişi evində faciəvi şəkildə öldü
“Onları İrana göndərmək lazımdır” - Xalq artisti
Qaradağda əsgərləri daşıyan avtobus aşdı
Milli təhlükəsizliyin qorunmasına rəhbərlik etmiş şəxs dövlət sirlərini ticarət obyektinə çevirib
U-21 millimizdən tarixi nəticə


















.jpg)










.jpg)
















.jpg)






