Fransada naməlum şəxslərin soyuq silahla kütləyə hücumu nəticəsində 2 nəfər ölüb

Fransada naməlum şəxslərin soyuq silahla kütləyə hücumu nəticəsində 2 nəfər ölüb

Fransanın paytaxtı Parisdən 30 kilometr qərbdə yerləşən Trappes şəhərinin mərkəzində səhər saatlarında naməlum şəxslər bıçaqla kütlənin üzərinə hücum edib.

AZƏRTAC Anadolu informasiya agentliyinə istinadla xəbər verir ki, hücum nəticəsində 2 nəfər ölüb, 1 nəfər isə ağır yaralanıb.

Polis aksiyanı həyata keçirənlərdən birini zərərsizləşdirə bilib. Fransız mətbuatı İŞİD-in hücumun məsuliyyətini öz üzərinə götürdüyünü yazıb.

Hüquq mühafizə orqanları hadisə yerində araşdırmalara başlayıb.

Çox oxunan xəbərlər
Son xəbərlər

2026.04.30

2026.04.29

2026.04.28

2026.04.27

2026.04.26

2026.04.25

2026.04.24

2026.04.23

Saytda yerləşdirilmiş materiallardan istifadə edərkən istinad mənbəyinin göstərilməsi zəruridir.
Ünvan: Bakı səh., Yasamal r-nu 529-cu məhəllə, AZ 1073 VÖEN 1000204751
Tel.: 012 510 59 89; 012 510 59 99; 077 767 06 66
E-mail: [email protected]
2009-2026 © Azerbaycanpolisi.az