Ermənistanın Araqaçotn əyalətində qumbara atılması nəticəsində partlayış baş verib.
Araqaçotn əyalətinin Talin şəhər polis bölməsinə gecə saatlarında Zovasar kəndindəki evlərdən biri istiqamətində qumbara atıldığına dair məlumat daxil olub. Hadisə yerinə gedən polis partlayış nəticəsində evlərin qapı-pəncərəsinə ciddi ziyan dəydiyini aşkarlayıb. Lakin ölüm faktı qeydə alınmayıb.
Araşdırma nəticəsində aydın olub ki, Zovasar kəndinin 19 yaşlı sakini K.Arqişti və 20 yaşlı xalası oğlu K.Vrej 55 yaşlı həmkəndliləri P.Sasunikin evinə istiqamət alaraq ora qumbara atıblar. Keçirilən operativ axtarış-əməliyyat tədbirləri nəticəsində hər iki erməni gənc saxlanılıb və onlar barəsində Ermənistan Cinayət Məcəlləsinin 34 və 104-cü maddələri üzrə (ölümə cəhd etmə) cinayət işi açılıb.
Məlum olub ki, qumbaranı atan 20 yaşlı K.Vrej Ermənistan Müdafiə Nazirliyinin əməkdaşıdır. 55 yaşlı P.Sasunikin həyat yoldaşı isə Zovasar kənd mədəniyyət evinin direktorudur. Hadisənin nədən törədildiyi barədə təfərrüatlar verilmir.
Ana pilləkəndən yıxıldı, qucağındakı körpə öldü
DİN vətəndaşlara xəbərdarlıq etdi
Uzunömürlülərin qanında xərçəng hüceyrələrini məhv edən nadir immun hüceyrələri aşkarlanıb
İlanı öldürdü, bir müddət sonra özü həyatını itirdi
İtaliyada oğluna 3 gün toy etdi, 6 milyon xərclədi - Foto
Qorxunc plan: Əhali sayı sürətlə azaldılmalıdır...
“Allahın verdiyi burnu kəsdirənlər mənə söz deyir“
İsrail Amerikanın F-35 qırıcısının analoqunu yaratmağı planlaşdırır













.jpg)

.jpg)







































