Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 5 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin əməkdaşları tərəfindən ətraf mühitin mühafizəsi sahəsində qanunvericiliyin tələblərinə riayət olunmasını yoxlamaq məqsədilə növbəti reyd keçirilib.
Mediainfo.az saytına nazirlikdən verilən xəbərə görə, reyd zamanı Xaçmaz rayonu Qaraqurtlu kəndi ərazisində yaş köküstə 20-30 sm diametrliyində 11 ədəd qovaq ağacının qanunsuz kəsildiyi aşkar edilib.
Araşdırma zamanı ağacların Xaçmaz rayon sakini Nazim Abasov tərəfindən kəsildiyi müəyyən olunub. Faktla bağlı qanun pozucusu barəsində akt tərtib edilib və təbiətə 2470 manat məbləğində ziyan dəydiyi məlum olub.
Dəymiş ziyanın məbləği cinayət tərkibi yaratdığından toplanmış materiallar məsələyə hüquqi qiymət verilməsi və təqsirkar barəsində qanunamüvafiq tədbir görülməsi üçün Xaçmaz rayon Prokurorluğuna göndərilib.
Azərbaycanda yeni Ombudsman seçiləcək
Bakıda məktəbdə şagird faciəvi şəkildə öldü
“Real” “El-Klasiko”da “Barselona”ya qalib gəldi
Astarada kişi evində faciəvi şəkildə öldü
“Onları İrana göndərmək lazımdır” - Xalq artisti
Qaradağda əsgərləri daşıyan avtobus aşdı
Milli təhlükəsizliyin qorunmasına rəhbərlik etmiş şəxs dövlət sirlərini ticarət obyektinə çevirib
U-21 millimizdən tarixi nəticə



















.jpg)










.jpg)
















.jpg)





