Aksiz markasız siqaretlərin realizə edilməsinin qarşısı alınıb

Aksiz markasız siqaretlərin realizə edilməsinin qarşısı alınıb

Külli miqdarda aksiz markasız siqaretin gömrük orqanlarına bəyan edilmədən ölkə ərazisinə gətirilməsi cəhdinin qarşısı alınıb.

Mediainfo.az saytına DGK Mətbuat Xidmətindən verilən məlumata görə, Tovuz Gömrük İdarəsinin Gömrük hüquqpozmalarına qarşı mübarizə şöbəsinə daxil olan məlumat əsasında, "Opel Vectra" markalı avtomobil Qazax rayonu ərazisində saxlanılıb.

Daha sonra Tovuz Gömrük İdarəsinin "Sınıq Körpü" gömrük postunun ərazisinə gətirilən avtomobilə ətraflı baxış keçirilib.

Yoxlama zamanı, nəqliyyat vasitəsinin yük yerində və salonunda olan sellofan torbaların içərisində 3400 ədəd "King" markalı siqaretlər aşkar olunub.

Faktla bağlı araşdırma aparılır.

Çox oxunan xəbərlər
Son xəbərlər

2026.05.01

2026.04.30

2026.04.29

2026.04.28

2026.04.27

2026.04.26

2026.04.25

2026.04.24

2026.04.23

Saytda yerləşdirilmiş materiallardan istifadə edərkən istinad mənbəyinin göstərilməsi zəruridir.
Ünvan: Bakı səh., Yasamal r-nu 529-cu məhəllə, AZ 1073 VÖEN 1000204751
Tel.: 012 510 59 89; 012 510 59 99; 077 767 06 66
E-mail: [email protected]
2009-2026 © Azerbaycanpolisi.az