Rusiyanın Omsk vilayətində Azərbaycan vətəndaşı Əli Salehovun (Salehzadə) saxlanılmasını əks etdirilən kadrlar yayılıb.
Oxu.Az xəbər verir ki, Salehov region ərazisində fəaliyyət göstərən böyük cinayətkar qrupa aidiyyəti olmaqda günahlandırılır.
Güman olunur ki, həmin mütəşəkkil cinayətkar dəstə omsklu iş adamlarına təzyiq göstərib. 33 yaşlı azərbaycanlı başqa məsələ ilə polisin diqqətini cəlb edib.
Belə ki, əvvəllər Cənubi Saxalinksdə quldurluğa görə mühakimə olunub və səkkiz il həbsdə yatdıqdan sonra Azərbaycana göndərilib. Burada soyadını dəyişərək, Salehzadəyə çevrilən həmin şəxs yenidən Rusiyaya qayıdıb.
Bildirilir ki, səkkiz illik həbs cəzasından sonra Salehzadə kriminal aləmlə əlaqələr qurub. Azərbaycan vətəndaşının əlində silah dayandığı çoxsaylı fotoları var.
Bəzi məlumatlara görə, saxlanılan şəxs omsklu iş adamlarından borclarını toplayan və onlardan pul qoparan dəstənin fəaliyyətində iştirak edə bilər.
Lakin bunu sübut etmək mümkün olmasa da, sərhədi qanunsuz keçmə və narkotiklərin saxlanılmasına görə Əli Salehzadəni dörd il həbs cəzası gözləyir.
İmişlidə bir neçə ticarət obyekti yanır
Polşa sakini azərbaycanlını nifrət zəminində döyüb
Elçi göndərdiyi qızın atası 35 yaşlı kişini döyüb öldürdü
Moskvadakı Ticarət Mərkəzinə dron hücumunda azərbaycanlılar yaralanıb
Maştağada 62 yaşlı kişini cərəyan vurub öldürdü
Azərbaycanlı qadın qayınatasını döyərək öldürüb?
Bakıda gənc motosikletçi yol qəzasında ölüb

















































