Ərəblərin zorladığı deputat özünü öldürdü

Ərəblərin zorladığı deputat özünü öldürdü

Hollandiyada ultra-sağçı Azadlıq partiyasından olan deputat Villi Dille inthar edib.

Bu haqda "AD" portalı informasiya yayıb. Qalmaqallı siyasətçi Girt Vildersin başçılıq etdiyi partiyanın üzvü olan 53 yaşlı xanım "Facebook" səhifəsində bir qrup ərəb tərəfindən zorlandığını etiraf etdikdən bir sutka sonra canına qıyıb.

"Mən sadəcə, dünyanın gerçəyi bilməsini istəyirəm. 15 mart 2017-ci ildə mən bir qrup müsəlman tərəfindən qaçırılaraq təcavüzə məruz qalmış və döyülmüşəm. Buna səbəb onlarım məni Haaqa Şəhər Şurasında səssiz qalmağımı istəmələri olub. Həmin gün parlament seçkiləri keçirilirdi ", - deyə Villie Dille video-yazıda bildirib.

Siyasətçi müsəlmanlarla yanaşı, ona edilən təcavüzün arxasında İslamı qəbul etmiş keçmiş partiya həmkarı Arnud van Doornun da durduğunu iddia edərək deyib: "O, mənə çox nifrət edir. Bu, qorxunc və pis adamdır..."

Hazırda məzuniyyətdə olan A.Doorn özü isə deyilənlərin hamısının mənasız ittiham və böhtan olduğunu söyləyib.

Çox oxunan xəbərlər
Son xəbərlər

2026.05.01

2026.04.30

2026.04.29

2026.04.28

2026.04.27

2026.04.26

2026.04.25

2026.04.24

2026.04.23

Saytda yerləşdirilmiş materiallardan istifadə edərkən istinad mənbəyinin göstərilməsi zəruridir.
Ünvan: Bakı səh., Yasamal r-nu 529-cu məhəllə, AZ 1073 VÖEN 1000204751
Tel.: 012 510 59 89; 012 510 59 99; 077 767 06 66
E-mail: [email protected]
2009-2026 © Azerbaycanpolisi.az