Hadisə Binəqədi rayonu, Xırdalan dairəsində yerləşən Aşıqlar kafesində qeydə alınıb.
Kafenin işçiləri ilə müştəri Həmzəyev Cavid Şahid oğlu arasında mübahisə düşüb, nəticədə sonuncu möhkəm döyülüb. Ağır xəsarət alan C.Həmzəyev Xırdalanda yerləşən təcili tibbi yardım stansiyasına aparılıb. Ancaq onun həyatını xilas etmək mümkün olmayıb və aldığı xəsarətlərdən dünyasını dəyişib.
Baş vermiş insidentlə bağlı hüquq-mühafizə orqanlarının əməkdaşları tərəfindən cinayəti törətməkdə şübhəli bilinən Xaliq Mustafayev adlı şəxs saxlanılıb. İlkin dindirmələr zamanı məlum olub ki, mübahisə musiqi sifariş vermək üstündə düşüb. C.Həməzyevin həm sifarişi kəsilib, həm də döyülüb.
Faktla bağlı Binəqədi rayon prokurorluğunda cinayət məcəlləsinin 126.3-cü maddəsi ilə cinayət işi başlanıb, istintaq davam etdirilir. (ölkə.az)
Ana pilləkəndən yıxıldı, qucağındakı körpə öldü
DİN vətəndaşlara xəbərdarlıq etdi
Uzunömürlülərin qanında xərçəng hüceyrələrini məhv edən nadir immun hüceyrələri aşkarlanıb
İlanı öldürdü, bir müddət sonra özü həyatını itirdi
İtaliyada oğluna 3 gün toy etdi, 6 milyon xərclədi - Foto
Qorxunc plan: Əhali sayı sürətlə azaldılmalıdır...
“Allahın verdiyi burnu kəsdirənlər mənə söz deyir“
İsrail Amerikanın F-35 qırıcısının analoqunu yaratmağı planlaşdırır













.jpg)

.jpg)







































