Ukraynanın güc strukturları azərbaycanlı qanuni oğru Nadir Səlifovun (Lotu Qulinin) kriminal klanının öz nüfuz dairəsini bu ölkədə yaymaq cəhdinin qarşısını alıblar.
Ukraynanın Kirovoqrad bölgəsinin Svetlovodsk şəhərinin kənarında Nadir Səlifovun kriminal klanının 30 nəfər üzvü "oğru sxodkası" keçiriblər.
Ukrayna Milli polisi onların şəhər kənarında bağ evlərin birində yerini müəyyənləşdirərək zərərsizləşdirib. Tutulanlar arasında azərbaycanlıların da olduğu istisna edilmir.
Sxodka "məşhur hüquqşünas" ləqəbli "vor zakon" Xoxolun rəhbərliyi ilə keçirilirib.
Qeyd edək ki, bir neçə gün bundan əvvəl də Lotu Qulinin adamı kimi tanınan, interpol tərəfindən beynəlxalq axtarışa verilmiş Emil Xəlilov Ukraynada tutularaq Azərbaycana ekstradisiya edilib. O, Ukraynada saxta sənədlərlə yaşayıb və mütəşəkkil cinayətkar qrupa rəhbərlik edib. Xəlilov Cənubi Amerikadan Avropaya narkotik daşıyan cinayətkar qrupa rəhbərlik edib. Bu yaxınlarda E.Xəlilov status qazanıb və "vor zakon" olmağa can atırmış. Unikal.org
Ana pilləkəndən yıxıldı, qucağındakı körpə öldü
DİN vətəndaşlara xəbərdarlıq etdi
Uzunömürlülərin qanında xərçəng hüceyrələrini məhv edən nadir immun hüceyrələri aşkarlanıb
İlanı öldürdü, bir müddət sonra özü həyatını itirdi
İtaliyada oğluna 3 gün toy etdi, 6 milyon xərclədi - Foto
Qorxunc plan: Əhali sayı sürətlə azaldılmalıdır...
“Allahın verdiyi burnu kəsdirənlər mənə söz deyir“
İsrail Amerikanın F-35 qırıcısının analoqunu yaratmağı planlaşdırır













.jpg)

.jpg)







































