Göy Məsciddə mühafizəçi namaz qılan şəxsi döydü

Göy Məsciddə mühafizəçi namaz qılan şəxsi döydü

Ötən gün Nəsimi rayonu, Səməd Vurğun küçəsi 78-də yerləşən Göy Məsciddə dava baş verib.

Məscidə namaz qılmağa gələn, Sabirabad rayon sakini, 1989-cu il təvəllüdlü Rüfət Əliyevlə adını bilmədiyi mühafizəçi arasında mübahisə yaranıb. Nəticədə mühafizəçi 29 yaşlı gəncə müxtəlif bədən xəsarətləri yetirib. Zərərçəkən yaxınlıqda yerləşən Kliniki Tibbi Mərkəzə müraciət edib və ambulator yardım alıb. Bundan sonra ərazi üzrə 21-ci polis bölməsində izahat verən R.Əliyev bildirib ki, məsciddən namaz qılıb çıxan zaman adını bilmədiyi mühafizəçi onun geyiminə rişxənd eləyib, bu isə möminin xoşuna gəlməyib və mühafizəçini nizam-intizamlı olmağa çağırıb. Əvəzində isə şillə-yumruq zərbələri ilə qarşılaşıb.

Faktla bağlı 21-ci Polis Bölməsində təhqiqat araşdırmalarına başlanılıb, müvafiq məhkəmə-tibbi ekspertizası təyin edilib. (ölkə.az)

Çox oxunan xəbərlər
Son xəbərlər

2026.05.01

2026.04.30

2026.04.29

2026.04.28

2026.04.27

2026.04.26

2026.04.25

2026.04.24

Saytda yerləşdirilmiş materiallardan istifadə edərkən istinad mənbəyinin göstərilməsi zəruridir.
Ünvan: Bakı səh., Yasamal r-nu 529-cu məhəllə, AZ 1073 VÖEN 1000204751
Tel.: 012 510 59 89; 012 510 59 99; 077 767 06 66
E-mail: [email protected]
2009-2026 © Azerbaycanpolisi.az