Ukraynanın Xarkov vilayətində yarım il ərzində yerli sakinlərə qarşı cinayətlər törətməkdə şübhəli bilinən dəstəni ifşa edib. REAL xəbər verir ki, bu barədə məlumatı Ukrayna Milli Polisinin Xarkov vilayəti üzrə Baş İdarəsi yayıb.
Dəstəyə əvvəllər dəfələrlə məhkum edilmiş Azərbaycan vətəndaşı rəhbərlik edib. Dəstə üzvləri arasında Ermənistan vətəndaşları da var.
Dəstə üzvləri öz qurbanlarını imkanlı adamlar arasından seçiblər. Onlar həmin şəxslərin qrafiklərini, hərəkət marşrutlarını diqqətlə öyrənirlərmiş. Daha sonra dəstənin üzvləri seçdikləri şəxsə hücum edib, silah və isti ütü ilə hədələməklə pul və zinət əşyaları tələb ediblər.
Saxlanılan şəxslərə qarşı üç maddə üzrə ittiham irəli sürülüb. Onları əmlakları müsadirə olunmaqla 15 ilədək həbs cəzası gözləyir.
Ana pilləkəndən yıxıldı, qucağındakı körpə öldü
DİN vətəndaşlara xəbərdarlıq etdi
Uzunömürlülərin qanında xərçəng hüceyrələrini məhv edən nadir immun hüceyrələri aşkarlanıb
İlanı öldürdü, bir müddət sonra özü həyatını itirdi
İtaliyada oğluna 3 gün toy etdi, 6 milyon xərclədi - Foto
Qorxunc plan: Əhali sayı sürətlə azaldılmalıdır...
“Allahın verdiyi burnu kəsdirənlər mənə söz deyir“
İsrail Amerikanın F-35 qırıcısının analoqunu yaratmağı planlaşdırır













.jpg)

.jpg)







































