Qətldə ittiham olunaraq uzun illər Azərbaycan və Fransada gizlənən dağıstanlı kriminal "avtoritet"in oğlu vətənə dönən kimi qisas üçün hədəfə alınıb.
Bu barədə "Mash" teleqram kanalı məlumat yayıb.
Hər şey 2005-ci ildə dava zamanı Yarmet Yarəliyevin öldürülməsindən başlayıb. Qətli törətməkdə isə yerli "avtoritet"in oğlu – Şamil Feyzullayev ittiham edilib.
Hadisədən sonra gənc dərhal ölkəni tərk edib. Əvvəlcə Azərbaycanda, sonra isə Fransada yaşayıb. Hüquq mühafizə orqanları onun axtarışına 5 il sərf ediblər.
Feyzullayev həbs edilib və Dağıstana ekstradisiya olunub. Məhkəmə əvvəlcə onu zaminə buraxıb, 5 ay sonra isə ümumiyyətlə bəraət verib.
Bu il avqustun 4-də Şamil öz avtomobili ilə şəhərdə hərəkətdə olarkən bir neçə nəfərin hücumuna məruz qalıb. Feyzullayevə travmatik tapançadan bir neçə dəfə atəş açılsa da, ona ciddi xəsarət yetirilməyib.
Müstəntiqlərin hücumun mümkün motivlərinə dair suallarına Şamil sükut etməklə cavab verib.
Lakin yerli sakinlər əmindirlər: bu, 9 il əvvəl baş verən qətlin əks-sədasıdır. (oxu.az)
Azərbaycanda yeni Ombudsman seçiləcək
Bakıda məktəbdə şagird faciəvi şəkildə öldü
“Real” “El-Klasiko”da “Barselona”ya qalib gəldi
Astarada kişi evində faciəvi şəkildə öldü
“Onları İrana göndərmək lazımdır” - Xalq artisti
Qaradağda əsgərləri daşıyan avtobus aşdı
Milli təhlükəsizliyin qorunmasına rəhbərlik etmiş şəxs dövlət sirlərini ticarət obyektinə çevirib
U-21 millimizdən tarixi nəticə



















.jpg)










.jpg)
















.jpg)





