Biznes ortağının mülkiyyətini zorla ələ keçirərək boş sənəd imzalamaqda ittiham olunan Müstəqil Türkiyə Partiyası (Bağımsız Türkiye Partisi) sədri Heydər Başın əmlakına həbs qoyulub, ölkədən çıxışına qadağa qoyulub.
Heydər Baş sabiq ortağı və sabiq müridi doktor Mustafa Eraslanın 6 milyon dollar dəyərində əmlaknı zorla ələ keçirib, 14 ədəd sənədə imza atdırmaqda ittiham olunur. Siyasətçi, iqtisadçı, ilahiyyatçı və dini camaat lideri Heydər Baş haqda Eraslanın həkim arvadı bu sözləri deyib:
"Camaat şəbəkəsi daxilində istismar olunan sadəcə biz deyilik. Bu şəbəkə içində bizim kimi başqalarına da sənədlər imzaladır".
Heydər Başdan əlavə vəkili Lütfullah Öndər adına olan daşınmaz əmlaka həbs qoyulub.
Heydər Başı ittiham olunduğu maddələrdən 10 ildən 15 ilədək həbs gözləyir.
Qeyd edək ki, Heydər Baş Bakı Dövlət Universitetində 9 il akademik fəaliyyətlə məşğul olub. "Vəda xütbəsində insan haqları" mövzusunda doktorantura dissertasiyasını BDU-da baş çatdırıb bu universitetdə dərs deyib. Doktoranturadan sonra akademik fəaliyyətinə davam edərək "İslam və Hz.Mövlana", "Təsəvvüf tarixi", "Din sosiologiyası" və "Din psixologiyası" mövzularında tezislər müdafiə edərək Bakı Dövlət Universitetinin professoru dərəcəsini alıb.
Sfera.az
İmişlidə bir neçə ticarət obyekti yanır
Polşa sakini azərbaycanlını nifrət zəminində döyüb
Elçi göndərdiyi qızın atası 35 yaşlı kişini döyüb öldürdü
Moskvadakı Ticarət Mərkəzinə dron hücumunda azərbaycanlılar yaralanıb
Maştağada 62 yaşlı kişini cərəyan vurub öldürdü
Azərbaycanlı qadın qayınatasını döyərək öldürüb?
Bakıda gənc motosikletçi yol qəzasında ölüb

















































