Sərhəddə 4 əcnəbi saxlanıldı

Sərhəddə 4 əcnəbi saxlanıldı

Sərhəd Xidməti (DSX) tərəfindən son gün­lərdə 4 əcnəbi vətəndaşın saxta sənədlərlə Azərbaycan Respublikası­nın dövlət sərhədindən keçmək cəhdinin qarşısı alınıb.

24 iyul tarixində Heydər Əliyev Beynəlxalq Aeroportunda Dubay-Bakı reysi ilə uçub gələn 1986-cı il təvəllüdlü Pakistan İslam Res­publikasının vətəndaşı Sultana Fakhara Raza Muhammadın sər­həd nəzarətinə təqdim etdiyi sənədlərin saxtalaşdırılması əlamətləri aşkarlanmış, laboratoriya şəraitində dərinləşdirilmiş yoxlama zama­nı pasportunun məlumat səhifəsinin dəyişdirilməsi, həmçinin İspa­niyaya aid daimi yaşayış kartının saxta olması təsdiqlənmişdir.

26 iyul tarixində Heydər Əliyev Beynəlxalq Aeroportunda Bakı-Riqa reysi ilə uçmaq istəyən, özünü İspaniya Krallığının vətəndaşı kimi təqdim edən 1989-cu il təvəllüdlü Mehmood Asad Rasheedin sər­həd nəzarətinə təqdim etdiyi İspaniya pasportunun saxta olmasına şübhə yaranmış və dərinləşdirilmiş yoxlama zamanı pasportun sax­talaşdırılması təsdiqini tapmışdır. Araşdırma nəticəsində saxlanıl­mış şəxsin Palistan İslam Respublikasının vətəndaşı olması müəy­yən olunmuş, baxış zamanı saxlanılan şəxsin üzərindən Pakistan pasportu aşkarlanmışdır.

30 iyul tarixində Heydər Əliyev Beynəlxalq Aeroportunda Moskva-Bakı reysi ilə uçub gələn Özbəkistan vətəndaşı 1971-ci il təvəllüdlü Ulikova Feruzanın sərhəd nəzarətinə təqdim etdiyi pasportdakı Azərbaycan Respublikasının dövlət sərhədinin keçilməsi barədə ta­rix-ştampların saxtalaşdırılması müəyyən edilmişdir.

06 avqust tarixində "Samur" dövlət sərhədindən buraxılış məntəqə­sində Rusiya Federasiyasından Azərbaycan Respublikasına gələn Özbəkistan vətəndaşı 1982-ci il təvəllüdlü Yegenmatov Avezmurat Bayramgeldıyeviçin sərhəd nəzarətinə təqdim etdiyi pasportdakı Azərbaycan Respublikasının dövlət sərhədinin keçilməsi barədə tarix-ştampların saxtalaşdırılması aşkar olunmuşdur.

Qeyd edilən faktlar üzrə müvafiq tədbirlər həyata keçirilir. Teleqraf.com

Çox oxunan xəbərlər
Son xəbərlər

2026.11.01

2026.10.31

2026.10.30

2026.10.29

Qızıl bahalaşdı Qızıl bahalaşdı 29 Oktyabr 14:14

2026.10.28

2026.10.27

Saytda yerləşdirilmiş materiallardan istifadə edərkən istinad mənbəyinin göstərilməsi zəruridir.
Ünvan: Bakı səh., Yasamal r-nu 529-cu məhəllə, AZ 1073 VÖEN 1000204751
Tel.: 012 510 59 89; 012 510 59 99; 077 767 06 66
E-mail: [email protected]
2009-2026 © Azerbaycanpolisi.az