Külli miqdarda xarici valyutanın qanunsuz yolla ölkədən aparılması cəhdinin qarşısı alınıb

Külli miqdarda xarici valyutanın qanunsuz yolla ölkədən aparılması cəhdinin qarşısı alınıb

Hava Nəqliyyatında Baş Gömrük İdarəsinin əməkdaşları külli miqdarda xarici valyutanın gömrük sərhədindən bəyan etmədən keçirilməsi cəhdinin qarşısını alıblar.

Mediainfo.az saytına DGK Mətbuat Xidmətindən verilən məlumata görə, Bakı-İstanbul aviareysilə getmək istəyən Türkiyə Respublikası vətəndaşının çamadanı rentgen aparatıyla yoxlanılarkən monitorda şübhəli predmetlərin təsviri görünüb. Vətəndaş saxlanılıb və sorğu-sual olunub. O, üzərində və çamadanında gömrük orqanına bəyan edilməli hər hansı əşyanın olmadığını bildirib.

Lakin yoxlama nəticəsində, sərnişinin pulqabında 1700 ABŞ dolları, çamadandakı şəxsi əşyaların arasında olan yaş salfet paketinin içərisində isə 17700 ABŞ dolları aşkar edilib.

Faktla bağlı araşdırma aparılır.

Çox oxunan xəbərlər
Son xəbərlər

2026.05.01

2026.04.30

2026.04.29

2026.04.28

2026.04.27

2026.04.26

2026.04.25

2026.04.24

Saytda yerləşdirilmiş materiallardan istifadə edərkən istinad mənbəyinin göstərilməsi zəruridir.
Ünvan: Bakı səh., Yasamal r-nu 529-cu məhəllə, AZ 1073 VÖEN 1000204751
Tel.: 012 510 59 89; 012 510 59 99; 077 767 06 66
E-mail: [email protected]
2009-2026 © Azerbaycanpolisi.az