Bolqarıstan mafiya lideri İstanbulda həbs edildi

Bolqarıstan mafiya lideri İstanbulda həbs edildi

İnterpollun qırmızı xətlə axtardığı bolqar mafiyasının lideri Dmitar Zelyazkov Türkiyədə həbs edilib.

Bolqar mafiya babası həbs edilərkən yanında sevgilisi və 6 nəfər yaxın adamı olub.

Məlumata görə, mafiya babasının İstanbulda olduğuna dair kəşfiyyat informasiyaya əldə edilib. Bundan sonra bəlli olub ki, mafiya babası Bakırköydə yerləşən otellərin birində qalır. Polis Dmitar Zelyazkov müşahidə altına alıb və həbs edib.

Dmitar Zelyazkov məhkəməyə çıxarmaq üçün istintaq orqanına aparılıb. Onun sevgilisi və yanında olan 6 nəfər isə Bolqarıstana deportasiya edilib. Deportasiya edilən bu şəxslərin hamısını Bolqarıstan polisi həbs edib. Teleqraf.com

Çox oxunan xəbərlər
Son xəbərlər

2026.05.01

2026.04.30

2026.04.29

2026.04.28

2026.04.27

2026.04.26

2026.04.25

2026.04.24

Saytda yerləşdirilmiş materiallardan istifadə edərkən istinad mənbəyinin göstərilməsi zəruridir.
Ünvan: Bakı səh., Yasamal r-nu 529-cu məhəllə, AZ 1073 VÖEN 1000204751
Tel.: 012 510 59 89; 012 510 59 99; 077 767 06 66
E-mail: [email protected]
2009-2026 © Azerbaycanpolisi.az