Hacı Mazan jurnalistlərə hücum çəkdi-VİDEO

Hacı Mazan jurnalistlərə hücum çəkdi-VİDEO

Faiq Seyfullayev adlı vətəndaş sosial şəbəkədə canlı yayım edərək Hacı Mazan və onun köməkçiləri tərəfindən döydüyünü bildirib.

Vətəndaş iddia edib ki, onun üzünə və bədəninə xəsarət yetirilib, evindəki əşyalar dağıdılıb.

Şikayətçini çəkmək üçün hadisə yerinə gələn "Xəzər" televiziyasının xəbərlər xidmətinin müxbiri Rüstəm İbadov və operator Davud İbrahimov da Hacı Mazanın hücumuna məruz qalıb.

Unikal.org-a açıqlama verən Faiq Seyfullayev bildirib ki, yaşadığı binada müqaviləni yeniləmədiyi üçün döyülüb:

"Paytaxtın Binəqədi rayonu Rəsulzadı qəsəbəsi Musabəyov 4c ünvanında "iNAM BAYRAM-M" MTK-ya məxsus binada yaşayıram.Kommunal ödənişlərlə bağlı müqaviləyə imza atmadığım üçün Hacı Mazan və dəstəsi məni döydü, bədənimdə çoxsaylı xəsarətlər var.Hazırda Binəqədi rayon 4-cü polis bölməsindəyəm, izahat verəcəm.Bundan sonra tibbi-ekspert komisiyasına müraciət edəcəm ki, xəsarətlərimlə bağlı rəy alım.Məndən əlavə televiziya işçilərinə də hücum olundu. DİN-nın 102 xidmətinə də məlumat vermişəm.Ümid edirəm təqsirkarlar cəzalanacaq."

Çox oxunan xəbərlər
Son xəbərlər

2026.05.01

2026.04.30

2026.04.29

2026.04.28

2026.04.27

2026.04.26

2026.04.25

2026.04.24

Saytda yerləşdirilmiş materiallardan istifadə edərkən istinad mənbəyinin göstərilməsi zəruridir.
Ünvan: Bakı səh., Yasamal r-nu 529-cu məhəllə, AZ 1073 VÖEN 1000204751
Tel.: 012 510 59 89; 012 510 59 99; 077 767 06 66
E-mail: [email protected]
2009-2026 © Azerbaycanpolisi.az