Ötən gün gənc xanəndələr Miryusif Mirizadə və Novruz Hüseynov faciəli şəkildə qətlə yetiriliblər.
Mediainfo.az kult.az-a istinadən xəbər verir ki, xanəndə Miryusif Mirizadə 30 iyul 1989-cu ildə Ağdam rayonunda anadan olub. Azərbaycan Milli Konservatoriyasında musiqi təhsili alıb. O, 2015 Televiziya Muğam Müsabiqəsinin laureatı olub.
Xalq artisti Arif Babayev Miryusif Mirizadənin onun tələbəsi olduğunu deyib:
"Miryusif həddən artıq tərbiyəli oğlan, yaxşı xanəndə, çox istedadlı gənc idi. Xəbəri eşidəndən özümə gələ bilmirəm. Miryusif çox gözəl xanəndə idi".
Bu gün səhər saatlarında Qarabağ kanalında meyiti aşkar edilən digər xanəndə Novruz Hüseynov isə 1990-cı il may ayının 3-də Ağdam rayonunda dünyaya gəlib. O, Bakı Mədəni Maarif Texnikumunda, Bakı Humanitar Kollecində və Milli Konservatoriyada təhsil alıb. 2015-ci ildə Azərbaycan Televiziyası, Mədəniyyət və Turizm Nazirliyinin dəstəyi ilə keçirilən Televiziya Muğam Müsabiqəsinin iştirakçısı olub.
Qeyd edək ki, ötən gün M.Mirizadə və N.Hüseynovun Ağcabədi-Bərdə yolunda qəzaya düşməsi ilə bağlı xəbər yayılıb. Lakin sonradan M.Mirizadənin 14 bıçaq zərbəsi ilə qətlə yetirildiyi məlum olub. Novruz Hüseynov haqda əvvəlcə məlumat almaq mümkün olmayıb. Bu gün isə onun meyitinin tapılması haqda xəbərlər yayılıb.
Ana pilləkəndən yıxıldı, qucağındakı körpə öldü
DİN vətəndaşlara xəbərdarlıq etdi
Uzunömürlülərin qanında xərçəng hüceyrələrini məhv edən nadir immun hüceyrələri aşkarlanıb
İlanı öldürdü, bir müddət sonra özü həyatını itirdi
İtaliyada oğluna 3 gün toy etdi, 6 milyon xərclədi - Foto
Qorxunc plan: Əhali sayı sürətlə azaldılmalıdır...
“Allahın verdiyi burnu kəsdirənlər mənə söz deyir“
İsrail Amerikanın F-35 qırıcısının analoqunu yaratmağı planlaşdırır













.jpg)

.jpg)







































