"Bir prokurorun həbs edilməsi ilə iş bitmir, bir neçə nazir həbs edilməlidir..."

"Bir prokurorun həbs edilməsi ilə iş bitmir, bir neçə nazir həbs edilməlidir..."

İsmayıllı rayonun prokuroru Ülvi Abbasov və böyük köməkçisi Faiq Quliyev qanunsuz əməllərinə görə həbs edilməsi cəmiyyətdə razılıqla qarşılanır. Atılan addımlar onun göstərir ki, artıq məmurların rüşvətxorluğuna qarşı çox ciddi tədbirlər görülür.

Mediainfo.az saytının verdiyi xəbərə görə, Müasir Müsavat Partiyasının sədri Hafiz Hacıyeva moderator.az-a açıqlamasında bu gün rüşvətxorluğa görə bir çox məmurların həbs edilməli olduğunu və hətta onlardan bir neçəsinin adlarını da bildiyini dedi:

"Azərbaycana bu gün utanc verən, dünya miqyasında baş qaxıncı gətirən və prezidenti günah obyektinə tuş gətirən onun komandasıdı, ətrafıdı, rüşvətxor məmurlardı. Prokurorların, hakimlərin, polis rəislərinin əksəriyyəti rüşvətxordu. Bundan başqa bir çox nazirlər rüşvətxordu. Bunların aldıqları iki min manat əmək haqqı ilə onların yaşayışı tərs mütənasib gəlir. Mən neçə illərdi işlədiyim dövrdə məmur özbaşınalığına, rüşvətə qarşı mübarizə aparımışam. Bu gün də mübarizəmi davam etdirirəm.

Axı nəyə görə prezident xaricə gedəndə ona desinlər ki, Azərbaycanda rüşvətxorluq baş alıb gedir. Bunu edən kimlərdi, məmurlardır. Ona görə də bir prokurorun və köməkçisinin həbs edilməsi ilə bu iş bitmir. Mən düşünürəm ki, bir neçə nazir həbs edilməlidir. Məsələn, Hacıbala Abutalıbov yoxlanılsa, dövlətin əmlakını talan etdiyinə görə həbs edilməlidir. Ermənilərlə qohumluğu olan baş nazirin müavini həbs edilsin. Bunların hamısı faktlardı. Müəyyən adamlar var ki, bu gün onlar təcili həbs edilib, mülklərinə həbs qoyulmalıdır. Belə olan təqdirdə xalq da görər ki, həqiqətən də real olaraq korrupsiyaya qarşı mübarizə aparılır. Yoxsa ki, bir-iki nəfəri tutmaqla iş bitmir. Bu gün ölkədə bütün narazılıqların başında duran məmur təbəqəsidir. Rayon icra başçılarıdı, nazirlərin hamısının xaricdə milyardlıq obyektləri, Azərbaycanda hər dağın başında bir obyekti, hər xarici dövlətdə beş arvad saxlayırlar, beş dənə villaları, xüsusi vertolyotları var. Bu məsələlər həllini tapsa, xalqın dövlət başçısına olan rəğbəti daha da artar. Bu məmurların özləri cəhənnəmə, bunların köməkçiləri milyonluq pula malikdirlər. Oturub-durduqları qadınlar belə özlərini apa bilmir. Bu çox ciddi məsələdir və mən istəyərdim ki, bir nəfərlə kifayətlənməsinlər. Əgər adlarını bilmirlərsə, onların adlarını deyə bilərik".

Çox oxunan xəbərlər
Son xəbərlər

2026.05.01

2026.04.30

2026.04.29

2026.04.28

2026.04.27

2026.04.26

2026.04.25

2026.04.24

Saytda yerləşdirilmiş materiallardan istifadə edərkən istinad mənbəyinin göstərilməsi zəruridir.
Ünvan: Bakı səh., Yasamal r-nu 529-cu məhəllə, AZ 1073 VÖEN 1000204751
Tel.: 012 510 59 89; 012 510 59 99; 077 767 06 66
E-mail: [email protected]
2009-2026 © Azerbaycanpolisi.az