DÇ-2018: Mundialın ən gözəl qolu müəyyənləşdi - VİDEO

DÇ-2018: Mundialın ən gözəl qolu müəyyənləşdi - VİDEO

DÇ-2018-in ən gözəl qolu müəyyənləşib. Apasport.az xəbər verir ki, bu barədə FİFA öz saytında səsvermə keçirib.

Ümumilikdə 64 matçda qeydə alınan 169 qoldan 18-nin namizəd kimi göstərildiyi seçimlərdə azarkeşlər Benjamin Pavarın qolunu önə çıxarıblar.

Belə ki, Fransa ilə Argentina arasındakı 1/8 final mərhələsi matçında birincilərin müdafiəçisinin hesabı 2:2 edən qolu bütün digər namizədlərdən daha çox səs toplayıb. Sözügedən oyun Fransa millisinin 4:3 hesablı qələbəsi ilə yekunlaşmışdı.

Maraqlıdır ki, 2006-cı ildən təsis olunan "Mundialın ən gözəl qolu" nominasiyasında ilk dəfə avropalı oyunçu qalib adını qazanıb. Bu vaxta qədər Maksi Rodrigez (Argentina – 2006), Dieqo Forlan (Uruqvay – 2010) və Xames Rodrigezin (Kolumbiya – 2014) qolları ən yaxşı adına layiq görülmüşdü.

Sözügedən qolun videosunu təqdim edirik.

Çox oxunan xəbərlər
Son xəbərlər

2026.09.12

2026.09.11

2026.09.10

2026.09.09

2026.09.08

2026.09.07

Tuğba Ekinci saxlanıldı Tuğba Ekinci saxlanıldı 7 Sentyabr 14:45

2026.09.06

2026.09.05

Saytda yerləşdirilmiş materiallardan istifadə edərkən istinad mənbəyinin göstərilməsi zəruridir.
Ünvan: Bakı səh., Yasamal r-nu 529-cu məhəllə, AZ 1073 VÖEN 1000204751
Tel.: 012 510 59 89; 012 510 59 99; 077 767 06 66
E-mail: [email protected]
2009-2026 © Azerbaycanpolisi.az